Saçların dərmanı quru əncirdədir
Bizi izləyin

Sağlamlıq

Saçların dərmanı quru əncirdədir

Günəş bədənin ehtiyacı olduğu D vitamini ilə təmin edir. Lakin gün altında çox qaldıqda günəş şüaları saçlar və dəri üçün təhlükə mənbəyinə çevrilir.

Saçlar çox güclü olsa da, qoruyucu krem çəkilmədən küçəyə çıxanda günəş saçları qurudur və korlayır. Publika.az saçlara qulluq maskasının reseptini təqdim edir:

Saçları möhkəmləndirmək üçün mütəxəssislər quru meyvələrdən istifadə etməyi tövsiyə edirlər.

2-3 quru ənciri nazik doğrayın və ya ətçəkən maşından keçirin. İçinə 1 kasa süd əlavə edib, oda qoyun. Qarışıq qaynamağa başlayanda, palçıq konsistensiyasına gəlməsi üçün kənara qoyun. Soyuduqdan sonra soyuducuda saxlayın.

Saçları yumazdan əvvəl bu məhlulu baş dərisinə sürtün və yaxşıca masaj edin. Sonra dəsmal ilə başınızı örtün, bir saat sonra şampunla yuyun. Əncir maskasını həftədə bir dəfə saçlara çəkdikdə təxminən bir aydan sonra saçlarınız çox güclü olacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm