• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Hansı saatda hansı içkini içmək lazımdır?

Hansı saatda hansı içkini içmək lazımdır?

Sağlam həyat üçün nə yediyimizlə yanaşı, nə içməyimiz də əhəmiyyət kəsb edir. Əgər sağlam və gənc qalmaq istəyirsinizsə, gündə 2 litr su içməklə kifayətlənməyin. Unutmayın ki, orqanizmin başqa içkilərin tərkibində olan maddələrə də ehtiyacı var.

Ancaq içkiləri istədiyiniz saatda içə bilməzsiniz. Hər mayenin orqanizmə təsiri fərqlidir. Ona görə də müxtəlif mayeləri uyğun saatlarda içmək lazımdır.

Bəs hansı içki, günün hansı saatında içilməlidir?

Publika.az bu suala cavab axtarıb.

Saat 08:00

Yuxudan oyanan kimi, otaq istiliyində olan bir stəkan su için. Çünki orqanizm gecə boyunca toksin və tullantı maddələrlə dolur, onların bədəndən atılması üçün su vacibdir.

Səhər içilən su böyrək və bağırsaqların funksiyasını yaxşılaşdıraraq bədəni toksin və tullantılardan təmizləyir.

Saat 08:30

Bir fincan qəhvə için. Qəhvədə sinir sistemini oyandıran maddələr var. Bunlar insana enerji verir, zehni açır və diqqəti artırır. Üstəlik, maddələr mübadiləsinin sürətlənməsinə kömək edir.

Ən yaxşı nəticəni almaq üçün tünd qəhvəyə bir çay qaşığı şəkər tozu, bir neçə ədəd təzə nanə yarpağı və bir az buz parçası əlavə edin.

Soyuducuda 5 dəqiqə gözlədib için.

1 saat sonra

Bir stəkan evdə hazırlanmış meyvə şirəsi içə bilərsiniz. Meyvə şirəsi qan şəkərini tənzimləyir və tez acmağa qoymur.

Portağal, albalı, ərik şirəsi və ya bananlı, çiyələkli süd yaxşı seçimdir.

Saat 12:00

Xüsusilə də, yay mövsümündə orqanizmi günəşin təsirlərindən qoruyucu içkilər içməlisiniz. Pomidor və ya kök şirəsi bunun üçün çox uyğundur. Bu tərəvəzlərin şirəsi günorta çox yeməyinizin qarşısını almaqla yanaşı, istinin təsiri ilə itirdiyiniz mineralları bərpa edir.

Saat 14:00

Həzmi asanlaşdıran bir içki içmək məsləhətdir.

Bir fincan çay həm həzmi asanlaşdırır, həm də ehtiva etdiyi “tein” maddəsi səbəbiylə bu saatlarda başlayan yuxu halının qarşısını alır.

Saat 17:00

Qəlyənaltı üçün orqanizmi vitaminlərlə zənginləşdirən meyvə şirəsi idealdır. Bu saatlarda içilən meyvə şirəsi yorğunluq əlamətlərini aradan qaldırır.

Mövsüm meyvələrindən hazırlanmış meyvə şirəsi kokteyli axşam yeməyinə ac oturmağınıza mane olacaq.

Yatmazdan əvvəl

Gecə yatmazdan bir neçə saat əvvəl az yağlı isti süd içə bilərsiniz. Süd içib yatsanız, səhərlər özünüzü daha yaxşı hiss edəcəksiniz.

Gecə içilən süd həm də, damar xəstəliklərinin qarşısını alır.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR