• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tam taxıl niyə faydalıdır?

Tam taxıl niyə faydalıdır?

Tam taxıllı qidalar sağlamlıq üçün çox faydalıdır.

Bəs tam taxıl nə deməkdir?

Taxılın üç əsas komponenti saxlandıqda ona tam taxıl deyilir.

Bu üç komponent aşağıdakılardır:

Kəpək (lif baxımından zəngin xarici qabıq), əsas (qida dəyəri baxımından zəngin özül) və nişastalı hissə (endosperm).

Endosperm enerji qaynağıdır. Karbohidratla yanaşı, bəzi zülallar və B vitaminləriylə zəngindir. Kəpək isə əsasən, lifdən ibarətdir. Lakin minerallar (kalsium, maqnezium, kalium, fosfor, dəmir) və B vitaminləri də ehtiva edir.

Taxılın özülü isə bəzi doymamış yağlarla zəngindir. Kəpək və özüldə antioksidantlar da var.

Tam taxılın tərkibində olan lif, vitamin, mineral, antioksidantlar bir çox xroniki xəstəliklərə qarşı qalxan rolunu oynayır.

Hər taxıl fərqli nisbətdə lif ehtiva edər

Digər qida məhsullarına olduğu kimi taxılların da qida dəyərləri fərqlənir.

Ona görə də qida rasionuna taxılın müxtəlif növlərini daxil etmək çox önəmlidir.

Məsələn, tam taxıl buğdanın 12 faizini, yulafın isə 10 faizini lif təşkil edir.

Düyüdə isə bu nisbət sadəcə 2 faizdir.

Ona görə də sağlam həyat yaşamaq istəyənlər daha çox yulaf yeməyə üstünlük verirlər.

Gündəlik menyunuzda tam taxıllı qidaların yer almasına diqqət edin. Beləliklə, sağlamlığınızın qayğısına qalmaqla yanaşı, ideal kilonuzu da qoruyub saxlaya biləcəksiniz.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR