Eboladan sağalanlara cinsi əlaqə qadağan olundu
Bizi izləyin

Sağlamlıq

Eboladan sağalanlara cinsi əlaqə qadağan olundu

Ebola virusundan sağalmış insanlara prezervativsiz cinsi əlaqədə olmaq qadağan olunub.

Publika.az-ın məlumatına görə, bu barədə ABŞ Xəstəliklərə Nəzarət Mərkəzi açıqlama yayıb. Mərkəz Ebola virusuna yoluxduqdan sonra sağ qalmış şəxslərə yaxın gələcəkdə qorumasız seksdən çəkinməyi və ya prezervativlərdən istifadə etməyi tövsiyə edib.

Mərkəzin məlumatına görə, 6 ay əvvəl Eboladan müalicə olunaraq tam sağalan bir kişi ilə cinsi əlaqədə olan qadın izdivacdan sonra virusa yoluxub. Bu isə Ebola virusunun spermada daha uzun müddət aktiv olduğunu üzə çıxarıb.

Qeyd edək ki, əvvəllər Eboladan sağalmış şəxslərin qorumasız sekslə məşğul olması üçün 90 günədək gözləmələri tövsiyə edilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm