Şaftalı pəhrizi ilə 3 gündə 3 kilo arıqlayın
Bizi izləyin

Sağlamlıq

Şaftalı pəhrizi ilə 3 gündə 3 kilo arıqlayın

Havalar yavaş-yavaş isinir. Qarşıdan isə çimərlik mövsümü gəlir. Aydın məsələdir ki, xanımlar bu mövsümdə arıqlamağa daha çox can atırlar. Publika.az-ın sağlamlıq bölməsi qısa müddətdə arıqlamağa kömək edən şaftalı pəhrizini təqdim edir:

Şaftalı pəhrizini saxlasanız, 3 gün ərzində 3 kq. arıqlaya bilərsiniz. Olduqca faydalı və vitamin anbarı olan şaftalı pəhrizin adından da aydın olduğu kimi bu meyvə hər yemək saatında yeyilməlidir.

A, B və C vitamini ehtiva edən, mineral və kalium baxımından da zəngin olan şaftalı qəbizliyin qarşısını alır, bədxassəli şişlərin yaranmasına mane olur, sidikqovucudur. Bundan başqa, şaftalının sinirləri sakitləşdirən və depressiyadan qoruyan xassələri də var.

Hər dəfə dediyimiz kimi bu pəhrizi də saxlamazdan əvvəl mütəxəssislə məsləhətləşin.

Səhər yeməyi:

1 ədəd şaftalı

1 kasa yağsız qatıq

1 fincan şəkərsiz qəhvə

Günorta yeməyi

1 ədəd şaftalı

1 kasa yağsız qatıq

1 porsiya toyuq filesi qızartma

Axşam yeməyi:

1 ədəd şaftalı

1 kasa yağsız qatıq

2 ədəd soyutma yumurta

Pəhrizi saxlayanlar gün ərzində ən az 2-3 litr su içməlidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm