Menstruasiya haqqında bilmədiyiniz maraqlı faktlar
Bizi izləyin

Sağlamlıq

Menstruasiya haqqında bilmədiyiniz maraqlı faktlar

Qadınların pıçıltıyla danışdıqları mövzulardan biri də menstruasiyadır. Ancaq qadınlar belə menstruasiya ilə bağlı bütün həqiqətləri bilmirlər.

Publika.az menstruasiya dövrüylə bağlı maraqlı faktları təqdim edir:

*Siqaret menstruasiya tsiklinin dəyişməsinə səbəb olur.

Yumurtalığa zərər verən siqaretin təsirləri ilk öncə məhz menstruasiyanın vaxtından əvvəl olması ilə özünü büruzə verir.

*Müasir dövrdə qadınlar həyat boyu orta hesabla 450 dəfə menstruasiya dövrü keçirir. Qədim vaxtlarda isə bu rəqəm 50 olub.

*XX əsrin əvvəllərində universitetdə oxumaq istəyən qızları təhsildən yayındırmaq üçün onlarda menstruasiya xofu yaradılıb. Belə ki, valideynlər uşaqlarına oxuyan qızların beynində aktivlik meydana gəldiyi üçün yumurtalığa zərər dəydiyini və nəticədə cinsi orqandan qan gəldiyini deyiblər.

*Bəzi insanlar menstruasiya sayəsində qadın orqanizminin təmizləndiyi və xəstəliklərə qarşı müqavimət gücünün artdığını zənn edir. Ancaq elm sübut edir ki, bu, səhv fikirdir. Aybaşı zamanı yenilənən və təmizlənən sadəcə yumurtalıqdır, bunun başqa orqanlara heç bir təsiri yoxdur.

*Əsrlər boyu menstruasiya zamanı vaginadan gələn qan müəyyən xəstəliklərin dərmanı hesab edilib.

Zob, ziyil, baş ağrısı kimi müxtəlif narahatlıqlardan xilas olmaq üçün insanlar bu qanı müəyyən bölgələrə çəkiblər.

Orta əsrlərdə insanlar bakirə qızların ilk menstruasiya zamanı gələn qanlarının vəbanı müalicə etdiyini düşünüblər.

Hətta bu qanla şeytanı uzaqlaşdırmaq üçün müxtəlif ayinlər təşkil ediblər.

*Ağrılı menstruasiya dövrü keçirən amerikalı qadınlar 100 milyondan çox iş saatını itkiyə verirlər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm