Sağlamlığınız üçün burnunuzla nəfəs alın
Bizi izləyin

Sağlamlıq

Sağlamlığınız üçün burnunuzla nəfəs alın

Xalq arasında qəzəblənmiş adamlara "Burnundan nəfəs al" tövsiyəsinin əslində elmi əsası varmış. Başqa sözlə, yaşamaq üçün bəzən nəfəs alıb-vermək kifayət etmir. Tənəffüsün də öz qanunauyğunluqları var. Bu qanunauyğunluqlara uymayanda, görürsən ki, aldığın nəfəs ürəyinə ziyan vurub. Necə?

Bununla bağlı qulaq, burun, boğaz və baş boyun cərrahı Doktor Erkin Kürün maraqlı araşdırmaları var. Publika.az-ın sağlamlıq bölməsi Türkiyə mətbuatına istinadən həmin araşdırmaları təqdim edir:

Erkin Kürün fikrincə, yaxşı və keyfiyyətli nəfəs alıb vermək sağlamlıq üçün əvəzolunmazdır. Belə ki, sağlam olanlar ağızdan deyil, burnundan nəfəs almalıdır. Yalnız nəfəs alıb-verməkdə maneə törədən bir problem olarsa, tənəffüs qismən, ya da tamamilə ağızdan edilir. Bu, əslində, meydana gələcək bir sıra problemin başlanğıcıdır.

Doğru nəfəs alıb-verməyin əhəmiyyətini daha yaxşı anlamaq üçün qeyri-kafi və nizamsız nəfəs alıb verməyin zərərlərinə nəzər salaq.

Orqanlara oksigen daşınmasına kömək edən ürək belə vəziyyətdə ilk çətinliyə düşən orqan sayılır. Yəni, ürəyin infarkt keçirmə ehtimalı artır.

Ağızla nəfəs almaq qan təzyiqinin yüksəlməsi, xərçəng, ani sancılar, sətəlcəm, astma, danışmaqda çətinlik, stress kimi problemlərə yol açır.

Düzgün nəfəs alıb-vermək isə bir sıra problemlərin qarşısını alır. Məsələn, ürəyin ritminin düzəlməsi ilə qan təzyiqi düşür, qan dövranı sürətlənir, həzm prosesi asanlaşır, stresslə mübarizə asanlaşır. Düzgün tənəffüs anti-depressiya dərmanlarından asılılığı və yuxu pozğunluğunu aradan qaldırır.

Burunla tənəffüsün ağızdan nəfəs almağa nisbətən daha sağlam olduğunu deyən doktor Kürün “Burun alınan havanı süzür, təmizləyir, nəmləndirir, isidir, filtr edir, bir sözlə, havanı daha keyfiyyətli hala gətirir. Ağızdan nəfəs alıb vermək havanın üst və alt tənəffüs yollarında qurumasına səbəb olur. Bu vəziyyət faringit, larengit, bronxit və astma kimi bir çox xəstəlik üçün hazırlıq amildir" - deyib.

Hava yolunu daraldır

Burnun daxili quruluşunun düzgün olması sağlam nəfəs almağın ilkin şərtidir. Günümüzdə ən çox qarşılaşdığımız burun tıxanması, burun çəpər əyriliyi tibbdə “burun septomu” adlandırılır. Burun çəpər əyriliyi problemi tənəffüs yolunun daralmasına səbəb olur. Bundan başqa, xəstə burun tıxanması vəziyyətində düzgün nəfəs ala bilmir, gecələr rahat yata bilmir. Bu əyriliklər adətən, doğuş zamanı uşağın dar ana bətnindən çıxarkən üzün basılması nəticəsində yaranır. Lakin o, sonradan da, yəni uşaqlıq dövründə yüngül zərbələrdən də əmələ gələ bilir.

Sağlam nəfəs üçün sağlam burun

Doktor Kürün " İnsanlarda üz inkişafının 60 faizi 4 yaşına qədər meydana gələr. Burunda çəpər əyriliyi varsa, bu, burun quruluşunun da pozulmasına gətirib çıxarır. Dolayası ilə, burun tıxanması və burun daxilindəki əyriliklər nəfəs darlığına, o cümlədən burun quruluşunun əyri formalaşmasına yol açır. Xarici görünüşün pozulması isə həmin insanın özünə inamsızlıq, utancaqlıq kimi problemlərlə qarşılaşmasına gətirib çıxarır. Belə vəziyyətlərdə burun daxili və xarici eyni anda estetik burun əməliyyatı ilə düzəldilə bilir. Bu zaman həm burundakı əyrilik düzəldir, həm də xəstənin sağlam nəfəs alması təmin edilir" - deyib.

Burun sümüyü düzəldilməlidir!

Qulaq burun boğaz və baş boyun cərrahı Erkin Kürün burun sümüyü əyriliyinin mütləq düzəldilməli olduğunu bildirib. O, "Bütün estetik burun əməliyyatlarında burun orta sümüyünün mütləq düzəldilməsi lazımdır. Bu, xəstənin həm görünüşünə, həm də nəfəsinin yaxşılaşmasına kömək edir.

Vaxtaşırı edilən tənəffüs məşqi də doğru nəfəs alıb verməyimizə kömək edir. Sadə, lakin faydalı bir nəfəs idmanları belə sadalamaq olar?

Burnunuzdan yavaş, amma bacardığınız qədər çox nəfəs alın.

Sonra yenə yavaş şəkildə ağzınızdan verin.

1 və 2-ni bir daha təkrarlayın.

İndi də burnunuzdan nəfəs almağa başlayarkən ağır-ağır dördə qədər sayın.

Nəfəs verməyə başlayarkən də altıya qədər sayın.

Nəfəs verməyi, nəfəs almaqdan daha yavaş etdiyinizdən əmin olun.

Nəfəs verərkən əzələlərinizin rahatladığını və boşaldığını hiss edin.

Bu nəfəs məşqini sıxıldığınız hər hansı bir yerdə və zamanda edə bilərsiniz.

Gündə ən az 40 dəfə dərindən nəfəs alıb verin.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm