Səsin dadına baxan adam - FOTOLAR
Bizi izləyin

Sağlamlıq

Səsin dadına baxan adam - FOTOLAR

İngilis Ceyms Vannerton səsin dadına baxmaq kimi nadir qabiliyyətə malikdir. Əslində səsin dadına baxmaq cəfəngiyat kimi görünə bilər, lakin sintesteziya (iki və daha artıq müxtəlif sahəyə aid olan qavrayışın birləşməsi) xəstəliyinə düçar olan insanlar üçün bu gerçəkdir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ceyms hələ uşaq ikən səs eşidən zaman özündən asılı olmadan dilində dad duyub. Məsələn, tarix dərsində Anna Boleynin adını eşidəndə o, armud dadı hiss edib. Ceyms bir çox Britaniya monarxlarının müxtəlif dada malik olduğunu deyir. Ona görə də, Ceyms asanlıqla hadisə və faktları yadda saxlaya bilir. Hər bir sözün dadını hiss edən Ceyms məktəbi də elə bu bacarığına görə əla qiymətlərlə bitirib.

Böyüdükdən sonra Ceyms bu bacarığın həyatın başqa aspektlərinə də yardım etdiyini öyrənib. Onun sevgi münasibətləri də dadlı olub. Ceyms tərəf müqabilini onların görkəminə görə yox, qadınların adlarının onun dilinə hansı dadı verməsinə görə seçib. Məsələn, Ceymsin sinif yoldaşları kartof dilimləri və çiyələk mürəbbəsinin dadını verdiyi halda, onun görüş təyin etdiyi qadınların adı dilinə ravənd və əzilmiş üzüm saqqızının dadını verib.

O zarafatyana deyib: “Həmişə anamı atamdan üstün tutmuşam. Çünki atam noxud, anam isə dondurma dadı verir. O, bəzən mənim beynimi də dondurur”.

Səslərin dadı ona yolda da köməyinə çatır. O deyib: “Mənim getdiyim yol sanki menyudur. Günüm mürəbbə sendviçi ilə başlayır, şirniyyatla bitir. Əgər səhvən şimala tərəf getsəm dilimdə şirniyyat əvəzinə bişmiş donuz budu dadını hiss edəcəm. O zaman azdığımdan xəbər tutacam”.

Sintesteziya xəstəliyi müxtəlif formada ola bilər. Məsələn bəzi insanlar qrafik-rəng sintesteziya xəstəliyindən əziyyət çəkir. Onlar söz və rəqəmləri rəng şəklində görür.

Güzgü sintesteziya sindromunda isə insanlar toxunuşu hiss edir. Daha dəqiq edəsək, bir insan başqa bir insanın öz çənəsinə toxunduğunu görsə, o zaman nadir xəstəlikdən əziyyət çəkən adam da o toxunuşu öz bədənində hiss edir. Ceymsin vəziyyəti isə söz-dad və ya leksik dadbilmə sintesteziya adlanır.

Xəstəliyin yaranma səbəbi tam dəqiq olmasa da, ilkin ehtimala görə beyində eyni nahiyədə sinirlərin birləşməsi bu hala gətirib çıxarır. Bir çox alimlər hesab edir ki, hər bir insan sinir birləşməsi ilə dünyaya gəlir, lakin bu bir çox insanlarda vaxt keçdikcə bu ləğv olur. Sintesteziya qəzadan sonra beyində yarana bilər.

Edinburq Universitetinin professoru deyib: “Bilirik ki, sintesteziyalı insanların beyni digər insanların beynindən çox fərqlidir. Onların beynində birləşdirici sinirlər daha çoxdur və beyinlərindəki boz maye bəzi nahiyələrdə daha qalındır”.

Maraqlısı odur ki, Ceyms öz xəstəliyini yetkinlik yaşına çatana kimi hiss etməyib. O deyib: “10 yaşım olanda valideynlərim məni ailə həkiminin yanına apardı. Çünki imtahan zamanı fikrimi bir yerə toplaya bilmirdim, lövhədə istifadə olunan qələmin belə dadını hiss edirdim. O daha çox çörək dadı verirdi və sərbəst işləməyimə əngəl törədirdi. Həkimlər valideynlərimə böyüdükdən sonra bu halların aradan qalxacağını dedi. 20 yaşıma kimi sintesteziya xəstəliyindən əziyyət çəkməyimi bilmirdim”.

MRT müayinəsindən sonra həkimlər ona sintesteziya diaqnozunu qoyur. Ceymsə bu xəstəlik anasından keçib. Onun anası həftənin günlərini rənglərlə görür. Ceymsin sözlərinə görə, onun üçün sintesteziya nəfəs almaq kimi təbii haldır. O deyib: “Sözlər dilimin üstünə damcılarla tökülür. Bəzi dadlar tez gəlib keçir, bəzilərinin dadı isə saatlarla davam edə bilər”.

Çox səs olduğu üçün Ceyms üçün kinoya getmək və ya televizora baxmaq çətindir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm