Böyrək daşını əridən təbii üsul
Bizi izləyin

Sağlamlıq

Böyrək daşını əridən təbii üsul

Böyrək daşları hər il minlərlə insanın həyatına təsir edir. Bu xəstəliyin müalicə metodu daşın (və ya daşların) ölçülərindən, onların yerləşməsindən, xəstənin vəziyyətindən və s.-dən asılıdır. Əgər daşlar kiçikdirsə, onları təbabət üsulları ilə orqanizmdən xaric etmək olar. Publika.az-ın sağlamlıq bölməsi böyrək daşlarını parçalayaraq təbii üsulla daha asan xaric olmasını təmin edən resepti təqdim edir:

Ərzaqlar:

1/4 stəkan zeytun yağı

1/2 limon

1/4 stəkan bal

1 dəstə cəfəri

1/4 stəkan qızılağac siropu

Hazırlanması:

Limonu kiçik dilimlər halında blendra atın. Yaxışıca əzildikdən sonra digər ərzaqları da oraya əlavə edin. Əldə edilmiş məhlulu ağzı bağlı şəkildə soyuducuda saxlayın.

Hər səhər həmin qarışıqdan acqarına bir çay qaşığı içməlisiniz. Gün ərzində bol-bol su içməyi unutmayın.

Hər hansı alternativ təbabət üsulunu sınaqdan keçirməzdən əvvəl mütləq həkimlə məsləhətləşin.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm