Hansı qidalar hansı xərçəng növünə qarşı effektlidir?
Bizi izləyin

Sağlamlıq

Hansı qidalar hansı xərçəng növünə qarşı effektlidir?

Düzgün və sağlam qidalanma təkcə xroniki xəstəliklərin deyil, eyni zamanda, xərçəng xəstəliyinin də profilaktikasıdır. Xərçəng xəstəliyinin yaranma səbəblərinin statistikasına görə, səhv qidalanma tütündən sonra ikinci yeri tutur.

Xəstəliklə mübarizənin nəticəsi qidalanma ilə birbaşa əlaqəli olduğuna görə, pəhriz xərçəngdən qorunmanın əhəmiyyətli hissəsidir. Həkimlər xərçəngin qarşısını almaq üçün təzə meyvələr, tərəvəzlər və bütün dənli bitkilərlə zəngin və azyağlı pəhriz saxlamağı məsləhət görürlər.

Publika.az-ın sağlamlıq bölməsi xərçəngin inkişafına mane olan ərzaqların siyahısını təqdim edir:

Spirulina yosunu: Spirulina yosunu B, E, K vitaminləri və beta karoten baxımından zəngindir. Tərkibindəki dəmir və maqnezium sayəsində, xüsusilə, döş xərçəngi hüceyrələrinin inkişafına mane olduğu deyilir.

Turp: Brokkoli, kələm, turp, kahı kimi tərəvəzlər orqanizmdə xərçəng hüceyrələri ilə döyüşürlər. Eyni zamanda, vitamin və mineral baxımından da zəngindir.

Zəncəfil: Zəncəfilin anti-inflamatuvar xüsusiyyəti sayəsində şiş hüceyrələrinin 56 faiz nisbətində azaldığı müşahidə olunub. Bu səbəbdən, xüsusilə, kimyəvi terapiya müalicəsi zamanı tövsiyə olunur.

Sarıkök: Təbiətdə olan ən güclü antioksidantlardan biridir. Anti-inflamatuvar təsiri sayəsində xərçəng hüceyrələrinə mane olur, sinirləri sakitləşdirir.

Üzüm: Üzüm də antioksidant baxımından zəngindir. Xüsusilə, bağırsaq yolu xərçəng hüceyrələrinin böyüməsinə mane olur. Mütəxəssislərin fikrincə, üzüm şirəsini xərçəng xəstəliyinin profilaktikası üçün qəbul etmək məqsədə­uyğundur.

Qırmızı çaxır: Qırmızı çaxır xərçəng üçün çox xeyirlidir. Onun tərkibindəki antioksidantlar xərçəng hüceyrələrini daxildən parçalayır və onkoloji xəstəliklərin şüa və kimyəvi terapiyası zamanı müalicəni səmərəli edir.

Pomidor: Xərçəngli xəstələr pomidor yesin. Tomatın tərkibində olan və ona parlaq qırmızı rəng verən likopin maddəsi antioksidant təsir göstərir. Yəni o, sərbəst radikalların orqanizmə mənfi təsirini azaldır və bağırsaq, mədə, yemək borusu, ağciyərlərin xərçənginin qarşısını alır.

Qeyd: Siqaret çəkməmək, yaxud spirtli içki içməmək, əsasən, ağciyər, boğaz, ağız və qaraciyər xərçəngi kimi bir sıra xərçəng növlərinin yaranma riskini azaldır. Əgər siz hazırda siqaret çəkirsinizsə, bunu tərgitməklə xərçəngə tutulmama şansınızı son dərəcə artıra bilərsiniz.

Kölgədə dayanmaqla, şapka və köynək vasitəsi ilə özünüzü günəşdən qorumaqla və günəş kremindən istifadə etməklə isə dəri xərçənginin qarşısını ala bilərsiniz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm