Çiyələyin bu faydalarını bilmirsiniz
Bizi izləyin

Sağlamlıq

Çiyələyin bu faydalarını bilmirsiniz

Piştaxtalarda artıq öz əvəzedilməz yerini alan çiyələyin qiyməti xeyli baha olsa da, 1-2 həftəyə qiyməti xeyli düşəcək.

Qiyməti düşdükcə keyfiyyəti və faydası daha da artan, rəngi, qoxusu və dadı ilə insanları valeh edən çiyələk ən sevilən meyvələrdən biridir.

Çiyələk tərkibindəki bol miqdarda fosfor və dəmir sayəsində bir çox dərdə dəva sayılır.

Publika.az çiyələyin faydalarını araşdırıb. Bu yazını oxuduqdan sonra çiyələyi daha çox sevəcəksiniz.

Beləliklə, diş ətini gücləndirir, dişləri ağardır. Eyni zamanda ağız qoxusunu da aradan qaldırır.

Həzm sisteminə yaxşı təsir edir. Orqanizmdə maddələr mübadiləsini sürətləndirir. Ona görə də arıqlamağa kömək edir.

10 ədəd çiyələk sadəcə 58 kalori edir. Odur ki, şirniyyata olan ehtiyacınızı məhz çiyələklə ödəyə bilərsiniz. Beləcə, həm az kalori qəbul edəcək, həm də yağlı, şəkərli qidalardan uzaq duracaqsınız.

Çiyələk arıqlamağa kömək edən bəzi hormonları tənzimləyir və iştahı azaldır. Bu xüsusiyyətləri də onu pəhriz saxlayanların ən sevimli meyvəsinə çevirib.

Qəlyanaltılarda bir dilim qara çörək, labne pendiri və çiyələk yeyə bilərsiniz. Çiyələyi qatıq və yulafla qarışdırmaq da qəlyanaltı üçün əvəzedilməz ola bilər.

Çiyələk orqanizmi xərçəngdən qoruyur.

Antioksidantdır, immuniteti gücləndirir.

Sakitləşdirici təsirə malikdir. Stressi azaldır, təzyiqi aşağı salır.

Qaraciyər narahatlıqlarını aradan qaldırır.

Ürək-damar sağlamlığı üçün faydalıdır, xolesterini nizamlayır.

Orqanizmə yığılan zəhərli maddələrin atılmasını təmin edir.

Böyrəkdə yığılan daşları təmizləyir.

Bədəni qüvvətləndirir.

Revmatizmaya qarşı da təsirlidir.

Qeyd edək ki, çiyələk sağlamlıqla yanaşı, gözəlliyinizin də qayğısına qalır. Belə ki, dərini nəmləndirir və tonusunu artırır. Məsələn, çiyələyi püre halına salıb südlə qarışdırdıqdan sonra üzünüzə çəkin. 15 dəqiqə sonra üzünüzü ilıq suyla yuyun. Həftədə bir dəfə tətbiq etdiyiniz bu maskanın nəticəsini tezliklə görəcəksiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm