Sağlamlıq
Qadın belinin ideal ölçüsü neçə olmalıdır? – VİDEO
Bel və qarındakı yağları əritməyin formulu
Bel ətrafı və qarın ən tez kökələn bölgədir. Bundan əlavə, bu bölgələrdə toplanan yağlar çox çətinliklə əriyir. Qarın piyləri xoşagəlməz görüntüdən əlavə, zamanla sağlamlıqda da müəyyən təhlükə yaratmağa başlayır.
Publika.az-ın sağlamlıq bölməsi türkiyəli həkim Haluk Saçaqlının son aylarda bir çoxlarını narahat edən qarın ətrafındakı yağları əritməyin formulunu təqdim edir:
Ayaq, qol və digər hissələrdəki piylənmə, bel-qarın bölgələrindəki yağlanma qədər təhlükəli deyil. Qarın bölgəsində toplanan yağlar bəzən orqanların ətrafında, bəzən qarının arxa hissəsində, ya da dəri altında yığılıb qalır.
Kişilərdə göbək ətrafı: Ən geniş hissə ölçülür
70 -93 sm.: Normal
94 -101 sm.: Riskli
102 sm. və üstü: Yüksək riskli
Qadınlarda bel ətrafı: Ən dar hissədən ölçülür
60 - 79 sm.: Normal
80 - 87 sm.: Riskli
88 sm. və üstü: Yüksək riskli
Bu yağları necə əritmək olar?
1. Spirt və şirniyyat istehlakını məhdudlaşdırın. Həddindən artıq yağlı yeməklərdən çəkinin, tez-tez qatıq yeyin. Xüsusilə gecələr və axşam yeməyindən sonra şirniyyat yemək olmaz. Əks halda yağ qarın ətrafında toplanacaq. Pivədən uzaq olun.
2. Templi yürüməkdən başqa, həftədə 2 ya da 3 dəfə tez-tez 20 və ya 30 dəqiqəlik idman edin. Xüsusi ilə qarın bölgəsi üçün nəzərdə tutulmuş məşqlər yağların daha sürətlə yanmasını təmin edəcək, digər tərəfdən də qarın əzələlərini gücləndirəcək.
3. Məşqi sevmirsinizsə, hər səhər yuxudan oyananda pəncərənizi açıb təmiz havanı ciyərlərinizə çəkin. 30 dəfə qarnınızı şişirdərək dərindən nəfəs alın, 2-3 dəfə burundan aldığınız nəfəsi tutun, sonra yavaşca aldığınız nəfəsi buraxın. Eyni üsulu axşam yatmazdan əvvəl 30 dəfə təkrar edin. Ofisdə çalışırsınızsa, oturanda arxaya söykənmədən qarnınızı içəri çəkin, döşünüzü önə doğru çəkin. Mümkün qədər hər gün bu vəziyyətdə oturmağa çalışın.
4. Həftədə 3 və ya 5 dəfə, 30 - 60 dəqiqəlik templi yürüyün. Templi yürümək qarın bölgəsində toplanmış olan yağları yandırmaq prosesini tezləşdirir.
Aytən
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!