• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Tez acdıran qidalar - SİYAHI

Tez acdıran qidalar - SİYAHI

Bəzi qidaları yeyəndə daha tez acırıq. Acdığımız üçün də daha çox yeməyə meyilli oluruq. Bu isə təbii ki, köklük ilə nəticələnir.

Qanda şəkərini səviyyəsini oynadan qidalar aclığa səbəb olurlar.

Tez acdıran qidaların ortaq xüsusiyyəti qlisemik indeksinin yüksək olmasıdır.

Belə qidalardan nə qədər çox yesək, bir o qədər də çox acırıq. Yəni, yedikcə yemək istəyirik. Bunu qarşısını almaq üçün acdıran qidalardan mümkün olduğu qədər az istifadə etmək lazımdır.

Publika.az aclığa səbəb olaraq insanı kökəldən qidaların adlarını açıqlayır:

1.Çörək

Məlumdur ki, ağ çörəkdən vaz keçmək çətindir. Ancaq sizi narahat edən artıq çəkinin əsas səbəbi bu qida ola bilər. Odur ki, çörəkdən uzaq durun. Əgər bunu edə bilmirsinizsə, heç olmasa ağ çörəyin əvəzinə tam buğda çörəyi, tam çovdar çörəyi, kəpəkli çörək yeyin.

Unutmayın ki, 1 dilim ağ çörək 64 kalori olduğu halda, 1 dilim qara çörək 55 kaloridir. Üstəlik, qara çörək insanı tox saxlayır.

2.Kartof

Kartofun qlisemik indeksi olduqca yüksəkdir.

Kartofu xırda-xırda doğradıqda və ya püre halına saldıqda onun qlisemik indeksi daha da yüksəlir.

Yəni püre və ya qızartma kartof yedikdə daha tez acacaqsınız.

Sobada və ya suda bişirilən kartof qızartması kartofdan daha az kalori ehtiva edir və bir o qədər acdırmır.

Bir boşqab qızarmış kartof 430 kaloridir.

3.Səhər yeyilən kaşa

Səhər yeməyi üçün nəzərdə tutulan və əsasən südlə yeyilən kaşaların tərkibində şəkər və qlükoza olduğu üçün insanı qısa zamanda acdırır. Onun əvəzinə südlə yulaf kəpəyi mədədə şişər, yəni 50 qram qədər yulaf yeməyiniz məsləhətdir.

Yulaf kəpəyi mədədə şişir və uzun müddət tox saxlayır.

4 xörək qaşığı kasa 194 kalori olduğu halda, 4 xörək qaşığı yulaf 175 kaloridir.

4. Plov

Ağ düyü yüksək miqdarda nişasta ehtiva edir. Ona görə də qan şəkərini dərhal yüksəldir, bir müddət sonra da kəskin şəkildə aşağı salır.

Ona görə də insan plov yedikdən 1 saat sonra özünü heç nə yeməmiş kimi hiss edir.

Plovdan vaz keçə bilmirsinizsə, qəhvəyi düyüdən istifadə edin.

3 xörək qaşığı ağ düyü plovun 164 kalori, qəhvəyi düyü plovu isə 56 kaloridir.

5. Makaron

Ağ makaron da eynilə ağ düyü kimidir.

Ona görə də tam buğda unundan hazırlanan, kəpəkli makaronlara üstünlük verin.

Belə makaronları bişirdikdən sonra sudan keçirməyin. Çünki onların tərkibində olan B1 vitamini bədəndəki yağların əriməsinə kömək edir.

Adi makaronun 160, kəpəkli makaron isə 182 kaloridir.

6. Əncir, üzüm, qovun, xurma kimi qlisemik indeksi yüksək olan meyvələrdən də uzaq durmaq lazımdır.

Təbii ki, bu meyvələr də şəfa qaynağıdır. Ona görə də heç yeməyin demirik. Ancaq həftənin 1 günü yeməyiniz kifayətdir. Digər günlər isə qlisemik indeksi aşağı olan meyvələrdən yararlanın.

7. Bir stəkan meyvə şirəsi

Meyvə şirəsi ən az 3-4 meyvədən hazırlanır. Ona görə də daha çox şəkər ehtiva edir.

Meyvə şirəsi dərhal qana qarışır və qan şəkərini yüksəldir.

Bir stəkan meyvə şirəsi 110-150 kaloridir. Ona görə də ürəyiniz bir şey içmək istəyəndə ayran, kefir və ya limonlu suya üstünlük verin.

8.Biskivit

Bütün növ biskivitlər, şirniyyatlar çoxlu miqdarda şəkər və qlükoza ehtiva edir.

Ona görə də insanı tez acıdırırlar.

Şirniyyatları menyudan həmişəlik çıxarmaq qeyri-mümkündür. Belə iradə çox nadir insanlarda ola bilər. Ancaq hər şeyin asan yolu var.

Kəpəkli, çovdarlı biskivitlər yesəniz, daha az kalori qəbul edərsiniz.

Bir paket adi biskivit 300 kalori olduğu halda, çovdardan və ya buğdadan hazırlanan biskivit 100 kaloridir. Ümumiyyətlə, bütün şirniyyatları, un məmulatlarını tam buğda və çovdar unundan hazırlayın.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR