Şəfa mənbəyi – yunan qabağı
Bizi izləyin

Sağlamlıq

Şəfa mənbəyi – yunan qabağı

Yunan qabağı çox faydalı, bol miqdarda lif ehtiva edən tərəvəzdir.

Bu tərəvəz bağırsaqların işini asanlaşdırır. Fosfor, kalsium, maqnezium, dəmir kimi elementlərlə, həmçinin, B1 və C vitaminləri ilə zəngindir. Orqanizmi təmizləyir. Əsəbləri sakitləşdirir. Sidikqovucudur. Böyrək və sidik yolu xəstəliklərindən qoruyur. Prostat vəzi ilə bağlı problemləri aradan qaldırır. Mədə üçün də faydalıdır, həzmə kömək edir. Qəbizliyi aradan qaldırır. Təzyiqi aşağı salır.

Qanazlığına qarşı təsirlidir. Zehni qüvvətləndirir.

Üstəlik, çox az kalori ehtiva etdiyi üçün pəhriz saxlayanlar rahatlıqla ondan istifadə edə bilərlər.

Bu şəfalı tərəvəzlə dadlı yeməklər bişirə bilərsiniz.

Yunan qabağından hazırlanan ən dadlı təamlardan biri küküdür. Kükünü hazırlamaq çox asandır. Ona görə də Publika.az-ın təqdim etdiyi aşağıdakı resepti sınaqdan çıxarın.

Tərkibi:

3 ədəd yunan qabağı

1 ədəd soğan

yarım dəstə cəfəri

3 ədəd yumurta

1 dəstə göy soğan

4 xörək qaşığı un

1 çay qaşığı pul bibər

2-3 xörək qaşığı maye yağ

Zövqə görə duz

Hazırlanması:

Qabaqları yuyub qabığını soymadan rəndələyin. Rəndədən keçirdiyiniz qabaqların suyunu süzüb bir qaba qoyun.

Yumurtaları qırıb başqa bir qaba tökün. Üzərinə göy soğanı xırda-xırda doğrayın, ədviyyatları və unu əlavə edin.

Daha sonra qabaqla bunları qarışdırın.

Tavaya maye yağı töküb qızdırın.

Kükünü tavaya yayın və ya qaşıq-qaşıq töküb qızardın.

3 dəqiqə qızardıb üzü çevirin.

Hər iki tərəfi qızardıqdan sonra ocağı söndürün.

Sarımsaqlı qatıqla süfrəyə verin.

Nuş olsun!

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm