• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xərçəngi sağaldır, dərini gözəlləşdirir, qocalmağa qoymur

Xərçəngi sağaldır, dərini gözəlləşdirir, qocalmağa qoymur

Tanrı bizə bərəkətli torpaq və əlverişli hava şəraiti bəxş etdiyi üçün ölkəmizdə hər cür meyvə yetişir. Buna görə də xarici ölkələrdən gələn meyvələrə elə də ehtiyac hiss etmirik. Yalnız tropik meyvələr isti ölkələrdən idxal olunur. Əsasən, yerli məhsullara üstünlük verdiyimizdən, bəzən belə meyvələri almaqdan və yeməkdən imtina edirik. Lakin onların faydalarını nəzərə alsaq, görərik ki, sadəcə, xaricdən idxal olunduğu üçün həmin meyvələrdən imtina etmək doğru deyil. Onlardan biri də manqodur. Üstəlik, dadı da çox gözəldir.

Manqonun ana vətəni Himalay dağlarının cənub bölgələri və xüsusən Hindistan və Çindir. Əsasən, 5-15 sm uzunluğunda və 4-10 sm enində, 150-750 qram arasında dəyişən çəkidə olan meyvə oval formadadır. Manqo alarkən saplağı tərəfdən çıxan ətrə diqqət etmək lazımdır. Basdıqda yüngül yumşaqlıq hiss edirsinizsə, ala bilərsiniz. Əgər satın aldığınız manqo tam yetişməyibsə, onu otaq temperaturunda bir ədəd alma ilə birlikdə saxlayın. Alma təbii etilen qazı yaratdığı üçün manqonun yetişməsinə kömək edir. Otaq temperaturunda mühafizə edilən manqo daha ləzzətli olur.

Ləzzətli olması isə onun tərkibi ilə bağlıdır. Belə ki, manqo qabığında və sapında olan qatranda "urusiol" adlanan maddə var. Meyvənin tərkibi yüksək miqdarda sudan ibarətdir. Su nisbəti yüksək olduğu üçün də kalorisi azdır. 1 ədəd manqo təxminən 135 kaloridir. Manqo həmçinin yüksək miqdarda kalium, A vitamini və beta karotindən ibarətdir. Meyvə fermentlər baxımından da çox zəngindir. Çox zaman əti marina etmək və yumşaltmaq üçün istifadə edilir.

Xərçənglə mübarizə aparır

Aparılan son araşdırmalar göstərir ki, manqo içindəki kuercetin, isokuercetin, astragalin, fisetin, gallik asit və metil gallat adlı antioksidantlar sayəsində leykemiya, bağırsaq, döş və prostat xərçənglərinə qarşı əsl qalxan rolu oynayır. Belə ki, manqonun şiş hüceyrənin böyüməsini dayandırdığı elmi araşdırmalarla sübut olunub.

Xolesterini aşağı salır!

Çox lifli bir meyvədir. Lifli meyvələr isə xolesterini aşağı salır. Manqonun tərkibindəki zəngin lif, pektin və C vitamini sayəsində xolesterini,xüsusən, LDL-i aşağı salan təsiri ilə tanınır.

Təzyiq və nəbz problemi olan şəxslərə manqo yemək tövsiyə olunur. Tərkibindəki bol kalium ilə ürək döyüntüsünün sürətini və qan təzyiqini tənzimləyir.

Dərinin təbii gözəlliyini təmin edir, dərini təmizləyir. Həm yeməklə, həm də dəriyə çəkməklə bu meyvənin müdhiş təsirini görmək mümkündür. Belə ki, sızanaqları yox edir və qapalı məsamələrin açılmasını təmin edir.

Manqo təkcə dəri gözəlliyinin qeydinə qalmır, həm də göz sağlamlığını qoruyur. 100 qram manqo ilə gündəlik A vitamini ehtiyacının 25 faizini ödəmək mümkündür. Xüsusilə, gecə korluğunun və göz quruluğunun qarşısını alır. Manqonun tərkibindəki A vitamini qaraciyərin təmizlənməsinə kömək edir. Sözügedən meyvə bədəni gümrahlaşdırır. Tərkibindəki tartarik, malik və sitrik turşuları bədəni dərindən təmizləyir. Bu sayədə bədənin detoksifikasyonu (təmizlənməsi) baş verir.

İmmuniteti gücləndirir: Tərkibindəki A və C vitamininə əlavə olaraq 25 fərqli karotenoid olan manqo immunitet sistemini də gücləndirir. Tərkibindəki C və E vitaminləri isə xərçəng və ürək xəstəliklərindən qoruyur, tez qocalmağa yol açan sərbəst radikalların zərərli təsirlərini azaldır. Manqo stresin zəifləməsinə də yaxşı təsir edir, toksinlərin bədəndən xaric olunmasını təmin edir.

Manqonun tərkibindəki qlutamin turşusu hüceyrələrin daha fəal hərəkət etməsini və işləməsini təmin edir. Bu isə orqanizmi və yaddaşı gücləndirir.

Uzaq şərqdə manqo yeməklərdə də istifadə edilir. Naharda istifadə etmək damaq dadımıza o qədər də uyğun gəlmədiyi üçün salat edib yemək olar.

Günə enerjili başlayanlar üçün

Manqonun tərkibində yerkökü suyu və üç növ meyvə var. Bu səbəbdən də enerji anbarıdır. Odur ki, yorğun orqanizmi ancaq manqo xilas edə bilər.

Manqo kalium, lif və qüvvətli bir antioksidant anbarıdır. A vitamini, karoten, C vitamini, flavanoidler kimi antioksidantlar və kalium məzmunu çox yüksək olan meyvə və tərəvəzlər qan təzyiqini azaldır və yüksək təzyiqin qarşısının alır və ya nəzarət altında saxlayır.

Manqonun tərkibindəki liflər və fermentlər həzmi sürətləndirir.

Manqo şəkər xəstələrinin də qida rassionunda önəmli yer tutur. Yarpaqları qandakı insulin səviyyəsinin normal səviyyədə qalmasını təmin edir. Bundan başqa, manqo aşağı qlisemik göstəriciyə malik olduğundan qan şəkərinin yüksəlməsinə yol açmaz.

1 porsiya manqo:

135 kalori

0,7 qr zülal

25,2 qr karbohidrat

2 qr lif

27 mkq natrium

0,2 qr yağ

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR