Gəlin olmağa hazırlaşanlar üçün pəhriz sirləri
Bizi izləyin

Sağlamlıq

Gəlin olmağa hazırlaşanlar üçün pəhriz sirləri

Bu yay toyunuz varsa və bir neçə kilo arıqlamaq istəyirsinizsə, deməli, bu yazı sizin üçün yazılıb.

Sağlam qidalanma mütəxəssisi Evnur Saray yay aylarında gəlin olmağı planlaşdıranlar üçün pəhriz qaydalarını açıqlayıb. Publika.az Türkiyə mətbuatına istinadən həmin məsləhətləri təqdim edir:

Bu tövsiyələrə əməl etsəniz, gəlinliyin içərisində daha zərif və incə görünəcəksiniz.

Yay mövsümü hormonlarımıza təsir edir.

Daha hərəkətli və aktiv oluruq.

Günlər uzanır, erkən qalxıb, gec yatırıq. Qışa nisbətən, yayda iştahamız da azalır.

Ona görə də yay mövsümündə arıqlamaq daha da asanlaşır.

Odur ki, bu mövsümü düzgün dəyərləndirmək lazımdır.

Bunun üçün nə etmək lazımdır?

Bu pəhrizə toydan 1 ay öncə başlaya bilərsiniz. Hətta 15 gün öncə başlasanız belə, ən az 2-3 kilo arıqlaya bilərsiniz.

1. Dördyarpaqlı yonca pəhrizi saxlayın. Bu pəhriz yorğun hiss etmədən arıqlamağınıza kömək edəcək. Əsas ehtiyacınız olan mövsümün meyvə - tərəvəzləri, az yağlı süd və süd məhsulları, tam taxıllı qidalar, ətdir.

2. 3+3=6 prinsipini mənimsəyin. Gün ərzində tez-tez, ancaq az-az yemək maddələr mübadiləsinin sürətlənməsini təmin edir.

Həzm sisteminin çətinlik çəkməməsi üçün də bu vacibdir.

2.5-3 saatdan bir salat, meyvə və ya az kalorili yeməklər yeyin. Uzun müddət ac qalmayın.

3. Su içmək üçün susamağı gözləməyin. Gündəlik maye istehlakının artırılması çox vacibdir. Çünki baharın gəlməsi ilə orqanizmdə dəyişən hormon səviyyəsinin və ətraf mühitin təsiri ilə bədəndə meydana gələn şişin qarşısını ancaq kifayət qədər su içməklə almaq olar. Gündə 10-14 stəkan su içmək lazımdır.

4. Kola və qəhvə kimi kofein miqdarı çox olan içkilər stressi və bədəndəki şişi artırır. Onların əvəzinə su, bir az duz əlavə edilmiş ayran, az yağlı süd və təzə meyvə şirəsi içmək olar.

5. Həddindən artıq duz qəbul etmək bədənin su toplamasına səbəb olur. Bu da yorğunluğa gətirib çıxarır. Ona görə də mümkün olduğu qədər duzu azaldın.

6. Hər gün idman edin. Yüngül idman belə orqanizmə müsbət təsir edəcək. Qaçış, sürətli idman yerişi, iplə tullanmaq hər gün edə biləcəyiniz idman növlərindəndir. Bunun üçün 30 dəqiqə ayırmağınız kifayətdir.

7. Karbohidratlı və yağlı yeməklərdən (xəmir yeməkləri, şərbətli şirniyyatlar, plov, makaron, çörək, qızartma, qovurma və s.) uzaq durun. Belə qidalar gün boyu yuxulu və yorğun hiss etməyinizə səbəb olur. Onların əvəzinə kəpəkli və tam taxıllı çörək, süddən hazırlanan şirniyyatlar, qaynadılmış, sobada bişirilmiş tərəvəzlər və ət yeyin.

8. Ofisiniz, ya da evinizin yerləşdiyi binada liftdən istifadə etməyin. Pilləkənlərdən istifadə etməyiniz tövsiyə olunur.

Əgər çox hündür binalarda qalırsınızsa, 4-5 mərtəbəni piyada çıxdıqdan sonra liftə minə bilərsiniz.

9. Oturaq işlə məşğulsunuzsa, arada bir qalxıb otaqda gəzişin.

Yeməyinizi kompüterin önündə yeməyin. Nahar vaxtından istifadə edib çölə çıxın.

10. İmkanınız varsa, evə idman alətləri alın və ya salona gedin. Həftədə 3 dəfə, 45 dəqiqə ağır məşq edin.

11. Hər gün soyuq su ilə duş alın.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm