Hansı tərəvəzlər çiy halda daha faydalıdır?
Bizi izləyin

Sağlamlıq

Hansı tərəvəzlər çiy halda daha faydalıdır?

Bəzi tərəvəzləri bişirdikdə qida dəyəri azalır. Bəzilərini isə bişirib yemək daha faydalıdır. Bəs, hansı tərəvəzi necə yeməli?

Publika.az-ın sağlamlıq bölməsi hansı tərəvəzlərin çiy, hansıların bişiriləndə daha faydalı olduğuna dair məlumatları təqdim edir:

Pomidor – Bişmiş

Qulağa qəribə gələ bilər, amma pomidor bişiriləndə daha faydalı olan tərəvəzlərdən biridir. Pomidor bişiriləndə hüceyrələrə bölünür və beləliklə, orqanizm qidanı daha yaxşı sorur. Tərkibindəki likopen xərçənglə mübarizə aparır.

Brokkoli – Çiy

Xərçəng hüceyrələrinin çoxalmasını dayandıran gül kələmi çiy olanda daha faydalıdır. Çünki temperatur artdıqca brokkolinin tərkibindəki maddələrin faydaları azalır. Bu səbəbdən brokkolini buxarda bişirib yemək məsləhət görülür.

Yerkökü - Bişmiş

Adətən, çiy yeyilən yerkökü bişirdikdə daha faydalı olur.

İspanaq - Çiy

Kalium, maqnezium, kalsiumla zəngin olan ispanaq sümük inkişafı ilə yanaşı, immunitet sistemini də gücləndirir. Bundan əlavə, A və C vitaminləriylə zəngin olan ispanağın faydalarını görə bilmək üçün çiy halda yemək lazımdır.

Brüssel kələmi - Az bişmiş

Bədxassəli şişlərə qarşı mübarizə aparan brüssel kələmi, xüsusilə C, B6 vitaminləri və fol turşu baxımından olduqca zəngindir. Qida dəyərini itirməməsi üçün orta hesabla 5 dəqiqə buxarda bişirilərək yeyilməsi təklif edilir.

Qırmızı bibər - Çiy

Qırmızı istiot C vitamini anbarıdır. Və bu C vitamini istiliyə dözümsüz olduğundan çiy halda yeyilməlidir.

Kələm - Bişmiş

Kələm B və C vitamini mənbəyidir. Bişirib yeyiləndə tərkibindəki kalsium sümükləri və dişləri möhkəmləndirir.

Kahı – Çiy

Kahı dərinin gəncliyini qoruyan, eyni zamanda da immunitet sistemini möhkənləndirən A və C vitaminləri ilə zəngindir. Bişiriləndə C vitamini faydasını itirdiyi üçün çiy yeyilməsi təklif edilir.

Sarımsaq

Sarımsağa ətir və dad verən allisin maddəsi dünyanın ən güclü antioksidantıdır. Sarımsaq çiy yeyiləndə daha faydalı olur. Aparılan araşdırmalarda ehtiva etdiyi bu maddə sayəsində xərçəng hüceyrələrini 24 saatda öldürdüyü göstərilib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm