Arıqlamağa kömək edən hormon
Bizi izləyin

Sağlamlıq

Arıqlamağa kömək edən hormon

Əgər pəhriz saxlaya bilmir, tez-tez sağlam qidalanma qaydalarını pozur, ideal çəkinizi qoruya bilmir, gecələr acırsınızsa, bunun səbəbi leptin hormonu ola bilər.

İnsanı acdırıb yağların bədəndə toplanmasına səbəb olan insulin hormonunun əksinə, leptin hormonunun səviyyəsi çoxaldıqda iştaha azalır və yağlar daha tez xərclənir.

Leptin qalxanabənzər vəzinin, stress və seks hormonlaırnın işinə təsir edir.

Bəs, leptin hormonunun iştahamızı azaltması və daha çox kalori xərcləməyimizə kömək etməsi üçün nə etməliyik?

Leptin hormonunun önəmini vurğulayan qidalanma mütəxəssislərindən biri, türkiyəli professor doktor Canan Karatay leptinin səviyyəsini artırmaq üçün 4 saatdan bir qidalanmaq lazım olduğu fikrindədir.

Yemək yedikdə insulin hormonu yüksəlir və ancaq iki saat sonra aşağı düşür. Bədəndə yığılmış şəkərin enerjiyə çevrilməsi isə bundan iki saat sonra başlayır. Leptin hormonu da elə bu vaxt hərəkətə keçir. Yəni yeməkdən aldığımız yağların yandırılması üçün bizə 4 saat vaxt lazımdır.

Ona görə də, tez-tez, az-az yeməyi tövsiyə edən diyetoloqlar əslində çox böyük səhv edirlər.

Biz nə qədər çox yesək, insulin o qədər çox ifraz edilir. Odur ki, dörd saatdan bir yemək daha məqsədə uyğundur.

Leptin hormonunun səviyyəsini tarazlamaq üçün səhər yeməyi mütləqdir. Bu zaman bizi uzun müddət tox saxlayacaq qidalara üstünlük verilməlidir.

Yumurta və lifli qidalar səhər yeməyi üçün ideal seçimdir.

Bəsit karbohidratlar, şəkər leptin hormonunun fəaliyyətinə pis təsir edir. Ona görə də tərkibində çoxlu karbohidrat və şəkər olan qidaları menyudan çıxartmalıyıq. Bol-bol su və bitki çayları içmək çox önəmlidir. Gündəlik rasionumuzda omeqa-3-ün (zeytun yağı, balıq, şia toxumu) miqdarını artırıb, omeqa 6-nın (qarğıdalı yağı, günəbaxan yağı) miqdarını azaltmalıyıq.

Canan Karatay leptin hormonunun ən çox gecə, saat 02:00-05:00 arasında ifraz edildiyini söyləyir. Axşam saat 20:00-dan sonra yemək yeyilmədikdə leptin hormonu maksimum dərəcədə çox ifraz edilir.

Bu hormon ən çox rahat və dərin yuxuda olduğumuz zamanlar orqanizmə təsir edir.

Əgər orqanizm kifayət qədər leptin hormonu ifraz etmirsə, idmanla məşğul olaraq onun səviyyəsini artırmaq mümkündür.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm