Bu qidaları yemək əzrailə dəvətnamə göndərməkdir
Bizi izləyin

Sağlamlıq

Bu qidaları yemək əzrailə dəvətnamə göndərməkdir

Biz yediklərimizdən və içdiklərimizdən ibarətik. Sağlam olmaq üçün nə yeyib-içdiyimizə fikir verməliyik.

Gündəlik həyatımızın bir parçasına çevrilən elə qidalar var ki, onlardan tez-tez istifadə etmək əzrailə dəvətnamə göndərmək kimi bir şeydir.

Bəs həmin qidalar hansılardır və orqanizmə necə zərər vurur?

Publika.az bu suallara cavab axtarıb və hər gün fərqində olmadan yeyib-içdiyimiz zəhərlərin siyahısını hazırlayıb:

Üçü bir yerdə hazır qəhvələr:

Sadə türk qəhvəsi nəinki zərərli deyil, hətta orqanizm üçün müəyyən faydaları da var. Lakin mağazalarda, kiçik paketlərdə satılan, 3-ü bir yerdə (yəni, şəkər tozu, krem və qəhvə) olan qəhvələr sağlamlıq üçün əsl təhlükə mənbəyidir. Çünki onların tərkibində çoxlu sayda kimyəvi maddələr olur.

Taxıldan hazırlanan səhər yeməkləri:

Bu qidalar həddən artıq şəkər ehtiva edir. Adətən, belə səhər yeməklərinin paketlərinə nə qədər süd, nə qədər taxıl əlavə edilməli olduğu qeyd edilir. Ancaq heç kim bu qaydaya əməl etmir. Çünki paketlərin üzərində göstərilən miqdar insanı doyuzdurmur.

Qarğıdalı partlağı:

Çoxlu yağ və duz ehtiva etdiyi üçün mütəxəssislər qarğıdalı partlağından istifadəni zərərli hesab edirlər. Belə ki, hazır satılan qarğıdalı partlağında olan kimyəvi maddələr təhlükəli ağciyər xəstəliklərinə səbəb olur.

Marqarin:

Kərə yağına alternativ kimi satışa çıxarılan marqarin trans yağlardan hazırlanır.

Marqarin ürək xəstəliklərinə yaxalanma riskini artırır.

Hər cür un məmulatı:

İstər yağda qızardılmış şirniyyatlar olsun, istər biskvit, istərsə də, kətə və ya qoğal - ağ undan hazırlanan hər cür qida orqanizmə zərərlidir.

Ət məhsulları:

Araşdırmalar göstərib ki, inkişaf etmiş ölkələrdə ölüm səbəblərinin 26 faizi məhz hazır ət məhsullarından, yəni kolbasa və sosislərdən qaynaqlanır. Belə məhsullar tez xarab olduğundan çoxlu miqdarda kimyəvi maddələr əlavə edilir. Bu isə sağlamlığı təhdid edən ciddi faktordur.

Fast-food:

Ətin kilosunun olduqca bahalı olmasına baxmayaraq, necə olursa, fast-food restoranlarında “bürger”lər ucuz qiymətə satılır.

Tərkibində orqanizmi qidalandıran, heç bir maddə, vitamin, element ehtiva etməyən fast-foodlar yüksək miqdarda kaloriyə sahib olurlar.

Fast-food restoranlarında verilən sendviç və digər yeməklərin tərkibindəki ətin sadəcə 2-14 faizi normal ətdir. Qalanı isə ətin tərkibinə qarışdırılan müxtəlif zərərli maddələr və tullantı məhsullarıdır.

Belə qidaların yanında təqdim edilən qızarmış kartof və böyük stəkanlardakı şəkərli içkilər isə sağlamlığın əsl düşmənidirlər.

Qazlı içkilər:

Son illər qazlı içkilərin satışında azalma müşahidə edilsə də, hələ də onlardan istifadə edən milyonlarla insan var.

Üzərinə "diet”, “light”, “zero" kimi sözlər yazılan həmin içkilər satışa hansı ad altında çıxarılmasından asılı olmayaraq, şəkərdən əldə edilir. Ona görə də həm kökəlməyə, həm də şəkər xəstəliyinə səbəb olurlar.

Belə içkilər orqanizm üçün ən az siqaret qədər zərərlidir. Ancaq siqareti tərgitməyimiz üçün çoxlu sayda sosial çarxlar hazırlansa da, qazlı içkilərin yaratdığı təhlükəyə sərt münasibət bildirilmir. Bu da təbii ki, kommersiya maraqları ilə izah olunur.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm