Hər dərdin dərmanı ərik
Bizi izləyin

Sağlamlıq

Hər dərdin dərmanı ərik

Əriyin faydaları nələrdir? Hansı xəstəliklərə yaxşı təsir edir? Ərikdən dərini gözəlləşdirmək üçün istifadə etmək olarmı?

Əgər bu suallar sizi də maraqlandırırsa, cavabları Publika.az-da oxuyun!

Ərik yay aylarının ən çox sevilən və yeyilən meyvələrindəndir.

Narıncı-sarı rəngli bu meyvə bir çox dərdin dərmanıdır.

Əriyin həm meyvəsi, həm də tumu çox faydalıdır. Tumundan sənayedə və kosmetik sektorunda istifadə edilir.

Ərik xüsusilə qadınlar üçün faydalı meyvədir. Çünki xanımların dərisinə, həzm sisteminə və ruh sağlamlığına müsbət təsir edir. Ona görə də mövsümündə bol-bol ərik yemək lazımdır.

Ərik həzmi asanlaşdırır. Çoxlu lif ehtiva etdiyi üçün qəbizlikdən əziyyət çəkənlər üçün əsl dərmandır. Hər səhər acqarnına 2 ədəd ərik yeyib, üstündən bir stəkan su içmək həzm sistemini nizama salır. 1 ədəd ərik gündəlik lif ehtiyacının 3 faizini qarşılayır.

Ərik ürək xəstəliklərinin qarşısını almağa qadirdir. Antioksidantlar baxımından olduqca zəngin olan bu meyvə damarları qoruyur, stressi azaldır.

Ərik eyni zamanda, zəngin kalium mənbəyidir. Kalium xüsusilə qadınlar üçün çox lazımlıdır. Gündəlik kalium ehtiyacının 3 faizini gündə 1 ədəd ərik yeyərək qarşılaya bilərsiniz.

Bu dadlı meyvə göz sağlamlığı üçün də faydalıdır.

Ərik dəmirlə zəngindir. Onun 100 qramı 6 mq. dəmir ehtiva edir. Buna görə də, dəmir çatışmazlığı səbəbilə meydana gələn bütün xəstəliklərə çarə olur.

Baş ağrısından xilas olmaq üçün də ərikdən faydalana bilərsiniz.

Ərik miqren ağrılarını azaldır.

İnkişaf dövründəki uşaqlar çoxlu ərik yeməlidirlər. Bu, onların inkişafını dəstəkləyir.

Ərik ruh sağlamlığı üçün də vacib qidadır. Üstəlik, yorğunluğu da ardan qaldırır.

Bu meyvə sayəsində qüsursuz dəriyə qovuşmaq mümkündür. Təzə əriklə yanaşı, qurudulmuş ərik (yəni, qaysı) da dərini gəncləşdirib gözəlləşdirməyə qadirdir. Ərik ekzema kimi dəri xəstəliklərinə yaxşı təsir edir.

Ərikdən hazırlaya biləcəyiniz üz maskaları dərinin elastikliyini bərpa edər və daha gənc görünməyinizə səbəb olar.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm