• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qatırquyruğu otunun inanılmaz faydaları

Qatırquyruğu otunun inanılmaz faydaları

Qatırquyruğu otu xalq təbabətində çox geniş istifadə edilib. Bu bitki nəmli torpaqlarda, tarlaların kənarında yetişir. Adətən qurudulub toz halına salınmış qatırquyruğundan istifadə edilir. Onu qurutmaq asandır. Sadəcə günəşin altında bir müddət saxlamaq kifayətdir. Əgər iynə yarpaqları gövdədən ayrılmağa və asanlıqla tökülməyə başlayıbsa, bu zaman bitkini ovuşdurub yarpaqla gövdəni bir-birindən tamamilə ayırmaq lazımdır.

1-2 gün daha günəşin altında saxlayıb tam qurumasını gözləyin. Daha sonra ağzı kip bağlanan qabda saxlayın.

Qatırquyruğunun faydaları saymaqla bitmir.

Qatırquyruğu revmatizmaya yaxşı təsir edir. Yaraların və kəsiklərin tez sağalmasını təmin edir. Qanı təmizləyir. Həzm sistemini gücləndirir. Bədənin müqavimətini artırır.

Böyrəkləri təmizləyir və böyrəklərdə yığılan qum və daşın tökülməsini asanlaşdırır. Sidikqovucudur. Bədəndə yığılan ödəmi, suyu atır, orqanizmdəki mineral tarazlığını isə qoruyur. Böyrək, sidik yolları iltihabı zamanı köməkçi vasitə kimi istifadə edilə bilər.

Ağciyəri qoruyur.

Dərini, saçı və dırnaqları möhkəmləndirir.Saçları qidalandırır və kəpəyin qarşısını alır. Bütün dəri xəstəliklərinə kömək edir.

Qan dövranı pozuqluğunu aradan qaldırır.

Maddələr mübadiləsini nizamlayır.

Bel ağrıları zamanı qatırquyruğunu suyla həmin bölgəyə kompres etmək yaxşı nəticə verir.

Diş əti və ağız boşluğu iltihabını ardan qaldırmaq üçün qatırquyruğu suyu ilə qarqara məsləhət görülür.

Xroniki öskürək zamanı olduqca təsirlidir. Bəlğəmi təmizləyir.

Uşaqlarda müşahidə olunan gecə altını islatma hallarının qarşısını almaq üçün qatırquyruğu çayı güclü vasitədir.

Prostat vəzinin böyüməsi və iltihabı zamanı qatırquyruğu otunun möcüzəvi gücündən faydalanmaq olar.

Qatırquyruğunu qaynadaraq əldə edilən su ekzema, sızanaq, yara, çiban kimi problemlərin həllidir.

Qatırquyruğu otu həm də arıqlamaq istəyənlərin ən yaxşı dostudur. Bədəndəki şişliyi azaldır, sidikqovucu olduğu üçün bədəndə toplanmış artıq mayeni atır. Beləliklə, insan özünü daha yüngül hiss edir və bir neçə kilo arıqlamış kimi görünür. İştahanı azaltdığı üçün mütəmadi olaraq istifadə etdikdə 4-5 kilo arıqlatdığı elmi şəkildə sübut edilib.

Qatırquyruğundan məhz arıqlamaq məqsədilə istifadə etmək istəyirsinizsə, bir çay qaşığı qatırquyruğu otunu bir stəkan qaynar suya töküb stəkanın ağzını örtmək lazımdır. 15-20 dəqiqə sonra isti halda için.

Gündə 3-4 stəkan təzə dəmlənmiş qatırquyruğu çayı qısa müddətdə arzuladığınız çəkiyə qovuşmağınıza kömək edin.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR