• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Qoz yağının faydaları haqqında bilinməyənlər

Qoz yağının faydaları haqqında bilinməyənlər

Omeqa-3 yağı ilə zəngin olan qoz meyvəsindən əldə edilən yağ bir çox xəstəliklərin müalicəsi zamanı istifadə edilir. Qoz yağı sağlam qidalanmaq və dəri gözəlliyini qorumaq istəyənlərin mətbəxlərində mütləq olmalıdır.

Qoz yağının dəri sağlamlığından saçın gözəlliyinə, ürək xəstəliklərindən beyin funksiyalarının inkişafına qədər bir çox təsiri var. Qoz yağından necə istifadə etməli olduğunuzu öyrənərək bir çox xəstəlikdən qoruna bilərsiniz.

Publika.az qoz yağının faydalarını araşdırıb:

Qoz yağında B1, B2, B3, E vitaminləri ilə fosfor, maqnezium, sink, dəmir və kalsium kimi faydalı vitamin və minerallar var. Qoz yağını yeməklərdə istifadə etmək mümkündür. Ancaq dadı acı olduğu üçün yeməklərin dadını dəyişə bilər. Ona görə də bir çox insan sadəcə salatlarda qoz yağından istifadə edirlər.

Bu faydalı yağ ürək xəstəliklərindən qoruyur, rəyin fəaliyyətini yaxşılaşdırır.

Bədəndə hormon səviyyəsini nizamlayır. Bu isə demək olar ki, bir çox xəstəlikdən qorunacağınız mənasını verir. Çünki xəstəliklərin çoxu hormonların səviyyəsinin həddindən az və ya çox olmasından qaynaqlanır.

Qan dövranını yaxşılaşdıraraq yüksək təzyiq və damar problemlərindən qoruyur. Bu xəstəliklərin müalicəsi zamanı köməkçi vasitə kimi qəbul edilir.

Göbələk xəstəliklərinin müalicəsi zamanı da effektlidir. Bunun üçün 1 ədəd soğanı rəndələyərək qoz yağı ilə qarışdırmaq lazımdır. Daha sonra bu qarışımı problemli bölgəyə sürtmək olar.

Beyin funksiyalarının inkişafı üçün də qoz yağı əvəzedilməzdir. Düşünmə, öyrənmə və yaddaş funksiyalarının güclənməsi üçün xüsusilə uşaqların və yaşlıların yeməklərinə qoz yağı əlavə etmək məsləhətdir. Qoz yağından həftədə 3 dəfə 1 çay qaşığı istifadə etmək kifayətdir.

Qeyd edək ki, qoz yağı sağlamlıqla yanaşı gözəlliyimizin də qayğısına qalır. Belə ki, bu möcüzəvi yağ qırışıqlıqları yox edir. Həftədə 2-3 dəfə qırışların olduğu bölgəyə qoz yağı çəkərək masaj etmək lazımdır.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR