İsti havalarda yüksək təzyiqə diqqət!
Bizi izləyin

Sağlamlıq

İsti havalarda yüksək təzyiqə diqqət!

Havanın temperaturunun artması ilə birlikdə təzyiq və ürək xəstələri üçün çətin günlər başlayır. Həmin xəstələrin isti havada təzyiqi qalxır, döş qəfəsində kəskin ağrı və sancı hiss edirlər. Halbuki, bir neçə kiçik tədbirlə isti havalarda səhhəti sabit saxlamaq mümkündür.

Məsələn, belə insanlar təzyiq dərmanlarına laqeyd yanaşmamalıdırlar. Əgər həkim sizə hər hansı dərmanı tövsiyə edibsə, mütəmadi olaraq ondan istifadə etmək vacibdir. Təzyiqin yüksəlməsinə səbəb ola biləcək qidalardan və içkilərdən uzaq durmaq lazımdır. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təzyiq ən geniş yayılmış ölüm səbəblərindən biridir. Yüksək təzyiq nəzarət olunmadıqda infarkt, iflic, insult, böyrək çatışmazlığı kimi təhlükəli nəticələrə səbəb olur. Müalicə olunan xəstələr sadəcə, müəyyən dərmanlardan istifadə ilə kifayətlənməməli, həyat tərzini də tamamilə dəyişməlidirlər. Belə xəstələr gündə 4-6 qramdan artıq duz istifadə etməməlidirlər. Qida rasionunda tərəvəz və meyvə əsas yeri tutmalıdır. İdmanla məşğul olmalı, spirtli içkilərdən və siqaretdən uzaq durmalıdırlar. Ancaq idmanı da kor-koranə etmək olmaz. Təzyiq xəstələri yüngül idmanlara üstünlük verməlidirlər. Axşam saatlarında, sərin havada idman etmək ən doğru seçimdir. Günəşin təsirinin güclü hiss edildiyi günorta saatlarında mümkün olduğu qədər çölə çıxamamalı, bol miqdarda su içməli, yağlı və duzlu qidalardan imtina etməlidirlər. Bədənin gündəlik su ehtiyacı ödənilmədikdə ürək çatışmazlığı yarana bilər. Sadəcə, adi su içməklə orqanizmin sağlamlığını qorumaq olmaz. Çünki bədənin müxtəlif elementlərə və vitaminlərə də ehtiyacı var. Ona görə də mövsüm meyvələrindən hazırlanan təbii şirələrdən istifadə etmək vacibdir. Meyvə şirələri minerallarla və antioksidantlarla zəngindir. Bəzən sağlam qidalanma mütəxəssisləri deyirlər ki, gündə 2-3 litr su için. Ancaq bu, düzgün ifadə deyil. Gün ərzində 2-3 litr su yox, maye qəbul etmək lazımdır. Yəni buraya adi su, meyvə şirəsi, ayran, kefir və s. daxildir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm