Qaraciyəri yeniləyən detoks çayı
Bizi izləyin

Sağlamlıq

Qaraciyəri yeniləyən detoks çayı

Qaraciyərin təmizlənməsi və sağlam olması orqanizmin ümumi sağlamlığı üçün çox əhəmiyyətlidir. Publika.az-ın sağlamlıq bölməsi qaraciyəri təmizləyən asanlıqla hazırlanan çayın reseptini təqdim edir:

Sarıkök çayının faydalarını belə sıralamaq olar:

Sarıköklə hazırlanan çay qaraciyəri zərərli toksinlərdən təmizləyir.

İmmuniteti gücləndirir.

Qaraciyər toxumalarını qoruyur.

Qanı təmizləyir.

Öskürək və soyuqdəymə simptomlarını azaldır.

Qan dövranını yaxşılaşdırır.

Dərini gözəlləşdirir.

Qanın laxtalanmasının qarşısını alır.

Pis xolesterini aşağı salır.

İltihaba yaxşı təsir edir.

Ödün ifrazatını artırır.

Qaraciyər təmizləyən sarıkök çayının resepti

Ərzaqlar:

4 çay qaşığı sarıkök

2 çay qaşığı zəncəfil

1 çay qaşığı darçın

Bir çimdik istiot

1 çay qaşığı vanil

2 çay qaşığı bal

Yarım stəkan hindqozu südü

İsti su

Hazırlanması: Stəkanın yarısını isti suyla doldurun. İçinə sarıkök və zəncəfili əlavə edib 15 dəqiqə gözləyin. Sonra darçın, istiot, vanil və bal əlavə edin.

Stəkanın qalanını hindqozu südü ilə doldurun.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm