Türkiyəli həkim sağlam qidalanmağın yollarından danışdı
Bizi izləyin

Sağlamlıq

Türkiyəli həkim sağlam qidalanmağın yollarından danışdı

Türkiyənin tanınmış qidalanma mütəxəssisi Gizəm Kösə pəhriz saxlayanlar üçün önəmli məsləhətlər verib. Onun sözlərinə görə, arıqlayarkən sağlamlığı təhlükəyə atmamaq üçün qida menyusunda əsasən, salatlara və tərəvəz yeməklərinə yer vermək lazımdır. Çünki təzə tərəvəzlərdən hazırlanan salatlar insanı tox saxlayır. Qidalanma mütəxəssisi vitamin baxımından zəngin olan salatların insanı həm arıqlatdığını, həm də cavanlaşdırdığını bildirib. Gizəm Kösə yemək bişirərkən və salat hazırlayarkən müxtəlif tərəvəz çeşidlərindən istifadə etməyin önəmini qeyd edib:

"Bir neçə tərəvəzlə kifayətlənməyin. Həftə ərzində bütün növ tərəvəzlərdən istifadə etməyə çalışın. Rəngli tərəvəzlər sadəcə çəkini azaltmağa kömək etmir, həm də dərini möhkəmləndirir, dəri sallanmasının qarşısını alır”.

Gizəm Kösənin sözlərinə görə, bol miqdarda tərəvəz yeyən qadınların bədənlərindəki yağ nisbəti azalır. Bu araşdırmalar sayəsində sübut edilib.

“Tərəvəzlər bol miqdarda lif ehtiva etdiyi üçün həzm sisteminə yaxşı təsir edirlər. Yaşıl, qırmızı və bənövşəyi rəngdə olan tərəvəzlər C və K vitamini ilə zəngin olurlar. Ona görə də yemək əvəzinə salat yeyərək həm sağlamlığınızı, həm də ideal kilonuzu qoruya bilərsiniz. Salatın sizi doyuzdurmadığını düşünə bilərsiniz. Bu zaman öncə salatı yeyin. Doymadığınız halda tərəvəz yeməyi yeyin. Mədəniz dolu olduğu üçün istər-istəməz yeməyi daha az yeyəcəksiniz. Bu da arıqlamağa kömək edəcək”.

Gizəm Kösə bildirir ki, C və K vitamini ilə zəngin olan tünd yaşıl rəngli tərəvəzlər dərini gözəlləşdirir və təravətləndirir.

“Tünd yaşıl rəngli tərəvəzlər hüceyrələrin yenilənməsi prosesini sürətləndirir. Ancaq əgər tərəvəzləri xırda-xırda doğrayırsınızsa, deməli onların ehtiva etdikləri vitamin və minerallardan faydalana bilməyəcəksiniz. Ona görə də istər tərəvəz yeməyi bişirərkən, istərsə də salat hazırlayarkən tərəvəzləri mümkün olduğu qədər bütöv saxlamalı və ya iri doğramalıyıq. Yeməyi də, salatı da hazırladıqdan sonrakı yarım saat ərzində yeməlisiniz. Əks halda tərkibindəki vitaminlər itəcək”.

Qidalanma mütəxəssisi onu da qeyd edir ki, bir tərəvəzin və ya meyvənin tərkibində nə qədər su varsa, insanı o qədər çox tox saxlayır.

“Məsələn, xiyar, brokkoli və kahı əsasən sudan ibarət olduqları üçün insanı uzun müddət tox saxlayırlar. Xiyarın 96 faizi, brokkolinin 89 faizi və kahının isə 95 faizi sudur. 1 ədəd xiyar sadəcə 10 kaloridir. Odur ki, salatlarınıza bu üç tərəvəzi mütləq əlavə edin. Beləliklə, həm vitaminlərlə zəngin qidalanacaq, həm də az kalori qəbul edəcəksiniz”.

Gizəm Kösənin ağır pəhrizlər saxlamadan arıqlamaq istəyənlərə bir tövsiyəsi daha var.

“Əgər salata tərəvəzlərdən əlavə başqa qidalar əlavə etmisinizsə, o zaman salatı xörək əvəzinə yeyin. Xüsusilə, tərkibində qoz və pendir olan salatlara yağ əlavə etməyin”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm