Duz sonsuzluğa səbəb olur
Bizi izləyin

Sağlamlıq

Duz sonsuzluğa səbəb olur

Amerikalı elm adamları gündəlik normadan 3-4 dəfə çox duz qəbul etdikdə uşaqlarda inkişafın ləngidiyini, böyüklərdə stress hormonunun səviyyəsinin yüksəldiyini və ölüm riskinin artdığını açıqlayıblar.

Publika.az xəbər verir ki, bu faktlar siçanlar üzərində aparılan tədqiqatlar nəticəsində əldə edilib.

Araşdırmaya rəhbərlik edən Dori Pitinski duzdan həddən artıq istifadənin sonsuzluğa səbəb ola biləcəyini vurğulayıb.

Dori Pittinskinin sözlərinə görə, əslində duzdan az istifadə etmək belə bu təhlükəli hallara gətirib çıxara bilir. Ona görə də mümkün olduğu qədər bu ağ zəhərdən uzaq durmaq lazımdır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı bir nəfərin gündəlik olaraq qəbul edə biləcəyi duz dozasının 5 qram olduğunu açıqlayıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm