Koreyalıların arıq qalmasının sirri
Bizi izləyin

Sağlamlıq

Koreyalıların arıq qalmasının sirri

Statistikaya əsasən, gənc koreyalıların çəkisi orta hesab 40 kq.-dır. Həm çox zərifdirlər, həm də çox güclü immunitetə malikdirlər. Bəs onlar arıq qalmaları üçün nə edirlər, hansı üsullara əl atırlar?

Əslində, onların bunun üçün xüsusi sirləri yoxdur, hamısı bildiyimiz metodlardır. Publika.az koreyalıların sağlam həyat tərzinin əsas rituallarını təqdim edir:

1. Yağlı, şirin, duzlu, un məmulatları və çipsi kimi qidalardan uzaq durmağa çalışırlar. Onlar sağlam qidalanmağa üstünlük verirlər.

2. Gün ərzində çox az yeyirlər. Bu şəkildə mədələrini kiçildirlər.

3. Daim hərəkətdə olduqları üçün piylənmədən əziyyət çəkmirlər.

4. Bol-bol maye istehlak edirlər, xüsusilə, çoxlu su içirlər.

5. Düyünü qaynadılmış şəkildə, duzsuz və yağsız yeyirlər. Düyünün tərkibində karbohidrat olduğu üçün ondan bədənin enerjisini təmin olunmasında istifadə etmək olar. Beyin fəaliyyətinə də yardım edir.

6. İşlərini əvvəlcədən planlaşdırırlar, dağınıq yaşamırlar.

7. Hər gün 7-8 saat yatırlar.

8. Koreyalılar kökəlmək qorxusu ilə yaşayırlar. Bizim kimi “Bəyənən, onsuz da məni bəyənib” şüarı yaşamırlar.

9. Yedikləri hər yeməyin kalorisini hesablayırlar.

10. Sağlam qidalanmaq onların həyat fəlsəfəsidir!

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm