Meyvə və tərəvəz sevənlər üçün ən ideal pəhriz
Bizi izləyin

Sağlamlıq

Meyvə və tərəvəz sevənlər üçün ən ideal pəhriz

Bəlkə sizə inandırıcı gəlməyəcək, ancaq istəsəniz, bir həftədə 5 kilo arıqlaya bilərsiniz. Əgər yay mövsümündə daha zərif və incə görünmək istəyirsinizsə, Publika.az-ın təqdim etdiyi bu pəhrizi sınaqdan keçirin.

Öncədən qeyd edək ki, pəhrizi saxlayarkən əlavə olaraq gündə 1 ədəd B və C vitamini kapsulu qəbul etməlisiniz. Hər gün 2 litr su içməyiniz məsləhətdir.

1-ci gün: meyvə

Pəhrizin birinci günündə banan istisna olmaqla, ürəyiniz istəyən hər hansı meyvəni yeyə bilərsiniz. Sadəcə meyvə yeməli və meyvəni yedikdən yarım saat sonra su içməlisiniz.

2-ci gün: tərəvəz

Yeyə bildiyiniz qədər təzə, çiy ya da bişmiş tərəvəz yeyin. Qarğıdalı, noxud və paxla kimi bərk qidalardan uzaq durun.

Ürəyiniz istəsə, bir xörək qaşığı kərəyağı ilə 1 ədəd sobada bişmiş kartof yeyə bilərsiniz.

3-cü gün: meyvə və tərəvəz

Pəhrizin üçüncü günü istədiyiniz meyvə və tərəvəzi yeyə bilərsiniz. Ancaq kartof yeməməlisiniz.

4-cü gün: banan və süd məhsulları

Gün ərzində maksimum 8 ədəd banan yeməyinizə icazə var. 8 stəkan süd içə bilərsiniz. Süd içməyi xoşlamırsınızsa, onun əvəzinə qatıq yeyə bilərsiniz.

5-ci gün: toyuq əti və pomidor

Gün ərzində istədiyiniz qədər toyuq əti, hinduşka və pomidor yeyə bilərsiniz. 3 ədəd pomidor yesəniz, 3 stəkan, 5 pomidor yesəniz, 5 stəkan su için.

6-cı gün: toyuq əti və tərəvəz

İstədiyiniz qədər toyuq əti və müxtəlif tərəvəzlər yeyə bilərsiniz. Sadəcə kartof yeməyin.

7-ci gün: möcüzəvi şorba

Pəhrizin son günü xüsusi reseptlə hazırlanmış şorba içməlisiniz.

Tərkibi:

4-5 ədəd göy soğan

2 ədəd kələm yarpağı

2 ədəd yaşıl bibər

3 kasa doğranmış pomidor

10 ədəd kərəviz (yalnız yaşıl hissəsi)

Hazırlanması:

Bütün ərzaqları doğrayın. Doğradığınız tərəvəzləri bir qazana töküb qarışdırın. Üzərini keçəcək qədər su töküb 10 dəqiqə qaynadın. Daha sonra vam odda tərəvəzlər yumşalana qədər bişirin.

Bu şorbadan gün ərzində istədiyiniz qədər yeyə bilərsiniz.

Qeyd edək ki, bu pəhrizi sadəcə 7 gün saxlamaq olar. Pəhrizdən sağlam həyat tərzinə keçsəniz, çəkinizi qoruya biləcəksiniz. 1 aydan sonra pəhrizi yenidən təkrarlamaq olar.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm