İşdə stresslə mübarizə aparmağın yolları
Bizi izləyin

Sağlamlıq

İşdə stresslə mübarizə aparmağın yolları

Normadan artıq işləmək, mübahisəli vəziyyətlər, gərgin iş rejimi sinir sistemi pozuntularına, depressiyaya və ruh düşkünlüyünə səbəb olur. Sinir sisteminin problemləri əksər hallarda bir çox xəstəliklərə yol açır.

Aparılan elmi tədqiqatda göstərilir ki, iş yerində keçirilən stress və əsəbilik 50 yaşına qədər qadınlarda hətta ürək xəstəlikləri riskini artırır.

Publika.az işdə stresslə mübarizə aparmağın yollarını təqdim edir:

1. Axşam işlə bağlı tədbirlərinizi planlaşdırın.

2. Hər kəs lifti gözləyərkən, siz pilləkənlərdən istifadə edin.

3. Prioritet işləri birinci görün, xırda işləri isə sonraya saxlayın.

4. Əhəmiyyətsiz iclasları ləğv edin və ya iştirak etməyin.

5. İşə yoldaşlarınızdan yarım saat, hətta bir saat əvvəl gəlməyə çalışın.

6. Ünsiyyətcil, ortaq maraqlarınız olan dostlar tapın. İşdə həmişə pozitiv düşüncəli insanlarla daha çox ünsiyyətdə olmağa çalışın. Ətraf pozitiv olmasa da, siz pozitiv düşünməyə çalışın.

7. Günün sonunda təcili olduğu bildirilən elektron məktublara dərhal cavab yazmayın. Çünki həqiqətən təcili bir vəziyyət olanda elektron məktub əvəzinə, telefonla əlaqə yaradılır.

8.Avtomobili park etməkdə çətinlik çəkirsinizsə, maşını işdən bir az uzaqda saxlayın.

9. Layihəni təslim edilmə tarixindən 5 gün əvvəl bitirin.

10. Vacib iclaslara 10 dəqiqə əvvəldən gedin.

11. Ehtimal olunan səhvdən qaçmaq üçün proqram cədvəlinizi və görüşlərin tarixini bir həftə əvvəl nəzərdən keçirin.

12. Telefonu səssizdə saxlayın.

13. Hər kəsin gördüyünü etməyin, özünüz olun. Yeni fikirlərlə rəhbərinizi təəccübləndirin.

14. Günortalar 15-20 dəqiqə gəzintiyə çıxmaq məhsuldarlığı artırır. Təmiz hava isə stressi azaldır.

15. Həftədə bir dəfə yemək vaxtını qaçırın. Bu, işi tez görməyi və bəzən məqsədlərinizə çatmağı asanlaşdırır.

16. Mühüm məsələlər üzərində çalışarkən telefonunuzu söndürün.

17. Narahat edilmək istəmirsinizsə, qapını bir müddət kilidləyin.

18. Qarşınızdakını daha çox dinləyin. İş yoldaşlarınız sizinlə ortaq fikirdə deyilsə, gərginlik yaratmayın, dinləyin və ortaq fikrə gəlməyə çalışın.

19. Üz-üzə danışmaq elektron poçt göndərməkdən daha təsirli bir yoldur, əgər mümkünsə insanlarla şəxsən danışın.

20. Yuxuya diqqət edin. Yuxusuzluq da stress yaradır. Stressli günün sonunda erkən yatmağa çalışın.

21. Sakit olmağa çalışın. Çox stressli olduğunuz anlarda dərindən nəfəs alın və sakit musiqi dinləyin.

22. Nə baş verməsindən asılı olmayaraq, gülümsəyin. Qəhqəhə stressi azaldır. Amma zorla deyil, içdən gülün.

23. Çalışarkən qısa fasilələr edin. İş arası 5 dəqiqə fasilə etmək sizi motivasiya edər. Dostlarınızla söhbət edin, çay için. Bununla həm də idman da etmiş olarsınız.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm