Sərvət xərcləmədən arıqlaya biləcəyiniz effektli üsullar - FOTOLAR
Bizi izləyin

Sağlamlıq

Sərvət xərcləmədən arıqlaya biləcəyiniz effektli üsullar - FOTOLAR

Xəyalını qurduğunuz bədən quruluşuna qovuşmaq üçün idman salonlarına sərvət xərcləmək və ya təhlükəli pəhrizlər saxlamağa ehtiyac yoxdur. Publika.az ən çox kalori yandıran 7 əyləncəli məşq təqdim edir.

Bu məşqlər velosiped istisna olmaqla, heç bir idman alətinə ehtiyac olmadan həm evdə, həm də açıq havada idman etmək imkanı yaradır. Artıq çəki problemini aradan qaldıran bu məşqlər üstəlik, çox əyləncəlidir.

1. İplə tullanmaq: İplə tullanmaq ən təsirli yağ yandıran məşqdir. Dəqiqəyə 10-20 kalori yandırmağı təmin edən bu məşq bədəndəki bütün əzələləri hərəkətə gətirir, eyni zamanda qadınlarda sellüliti azaldır, baldır- ayaq əzələlərini işə salır və qan dövranını artırır.

Servet harcamadan yapabileceğiniz 7 mucize egzersiz 2

2. Squat (Çömbəlmə hərəkəti): Squat bədəni ən çox formalaşdıran məşqlərdən biridir. Bud əzələlərini möhkəmlədib, daha girdə və dik ombalara sahib olmaq istəyən qadınlar üçün çömbəlmə hərəkəti ideal məşqdir. "Jumping Squat” - tullanaraq çömbəlmə məşqi bütün bədəni hərəkətə gətirir, ürək döyüntülərini sürətləndirir və orqanizminizin müqavimətini artırır. Məşqin dik və sağlam duruşa da çox faydası var. Lakin yaxşı nəticə almaq üçün hər idman növü kimi çömbəlmə hərəkətləri də mütəmadi olaraq edilməlidir.

Servet harcamadan yapabileceğiniz 7 mucize egzersiz 3

3. Jim: Ən klassik məşqlərdən biri olan jim əzələləri möhkəmlədən ən təsirli hərəkətlərdən biridir. Yalnız üst bədəni deyil, bütün bədəni işlədən bu məşqi bir çox fərqli şəkildə etmək olar.

Servet harcamadan yapabileceğiniz 7 mucize egzersiz 4

4. Lunge: Ayaq əzələləriniz gücləndirmək istəyənlərə lunge hərəkəti təklif olunur. Lunge bədəndə müdhiş tarazlıq yaradan məşq kimi tanınır. Lunge ağırlıqlarla və ya əliboş tullanaraq da edilir. Təsirini görmək üçün gündə 30 dəfə etmək yetərlidir.

Servet harcamadan yapabileceğiniz 7 mucize egzersiz 5

5. Üzgüçülük: Yay aylarının ən böyük əyləncəsi dənizdə üzməkdir. Üzgüçülük həm də ən təsirli arıqlama metodlarından biridir. Orqanizminizdə demək olar ki, bütün əzələləri hərəkətə gətirir.

Servet harcamadan yapabileceğiniz 7 mucize egzersiz 6

6. Qaçış: Qaçmaq yalnız məşq deyil, eyni zamanda terapiyadır. Stress və depressiya riskini azaldır. Eyni zamanda dəniz kənarında edilə biləcək ən gözəl məşqlərdən biridir.

Servet harcamadan yapabileceğiniz 7 mucize egzersiz 7

Velosiped: Bu əyləncəli idman növü ayaq və bud əzələlərini işlədir. Yoldaşlarınız və ya ailənizlə birlikdə çöllərdə, meşələrdə, ara küçələrdə, dəniz kənarında, şəhərin içində və ya xaricində bir çox yeri gəzib arada kiçik fasilələr verin.

Servet harcamadan yapabileceğiniz 7 mucize egzersiz 8

Bu məşqlər müntəzəm olaraq edildikdə, keyfiyyətli yuxu və sağlam qidalanma vərdişi ilə birləşəndə möcüzələr yaradır, eyni zamanda ruhi sağlamlığa təsir edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm