Xəstəliklərin çarəsini təbiətdə axtarın!
Bizi izləyin

Sağlamlıq

Xəstəliklərin çarəsini təbiətdə axtarın!

Xəstəliklərdən qorunmaq üçün təbiətə sığınmalı, onun bəxş etdiyi sağlam qidalardan istifadə etməliyik. Bəzən insanlar elə düşünürlər ki, sadəcə dadsız və yeyilməsi çətin olan qidalar orqanizmə xeyirlidir. Ancaq araşdırmalar göstərir ki, hər qidanın özünəməxsus faydalı xüsusiyyətləri var. Ləzzətli və faydalı qidalar sayəsində damaq dadınızı dəyişmədən sağlamlığınızı qoruya bilərsiniz.

Publika.az hansı qidaların hansı xəstəliklərin çarəsi olduğunu araşdırıb.

Avokado

E vitamini ilə zəngindir, həzmi çox rahatdır. Ürəyə yaxşı təsir edir.

Tərkibindəki kalium sayəsində insanı depressiyadan xilas edir. Əhvalı açır.

Dəri hüceyrələrinin yeniləməsini təmin edir. Ancaq yağ nisbəti şokoladdakı qədər çox olduğu üçün arıqlamaq istəyənlər həftədə 1 dəfədən artıq yeməməlidirlər.

Kartof

Demək olar ki, hər gün istifadə etdiyimiz bir tərəvəzdir. Orta böyüklükdə bir ədəd kartof insanın gündəlik C vitamini ehtiyacının böyük qismini qarşılayır.

Xoşbəxtlik hormonu deyilən, serotoninin daha çox ifraz olunmasını təmin edir.

Nanə

Sidikqovucudur. Ehtiva etdiyi maddələr mədəyə yaxşı təsir edir.

Orqanizmi qrip mikroblarından qoruyur. Nanə çayı baş ağrısına, stressə, qastritə yaxşı təsir edir. Bu çay tox qarına içilməlidir.

Alma

C vitamini ilə zəngindir. Xolesterinin səviyyəsini aşağı salır. Tərkibindəki zülal, vitamin sayəsində həzmi asanlaşdırır.

Ərik

Tərkibindəki beta-karoten adlı maddə hüceyrələrə hücum edən molekulları yox edərək xərçəngin qarşısını alır. Bir ərik nə qədər parlaqdırsa, içindəki beta-karoten nisbəti o qədər yüksəkdir. Ehtiva etdiyi maddələr badamcığın şişməsinə mane olur.

Arpa

Ehtiva etdiyi B vitamini və kalsium sümükləri gücləndirir.

Kəklikotu

Bədəndəki artıq yağların əriməsinə kömək edir. Kəklik yağını bədənə çəkdikdə revmatizm ağrılarını azaldır.

Kök

Xərçəng riskini azaldır.

Xurma

Dəmirlə zəngindir. Qida dəyəri yüksəkdir. Qəbizliyin qarşısını alır.

Təzəsi qurudulmuşundan daha az kalori ehtiva edir.

Rozmarin

Təbii ağrıkəsicidir.

Banan

Menstruasiya zamanı yaranan ağrıları aradan qaldırır.

Darçın

Çaya limon və balla birlikdə əlavə edildikdə soyuqdəyməni aradan qaldırır. Boğaz ağrısına yaxşı təsir edir. Menstruasiya ağrısını azaldır.

Biyan kökü

Qaraciyəri qoruyur. Stressi azaldan kortizon hormonunun ifraz edilməsini sürətləndirir.

Çobanyastığı

Çobanyastığı çayı həzmə kömək edir, qarın ağrısını kəsir, bağırsaqlarda toplanan qazı çıxardır. Mədə ağrısına da yaxşı təsir edir.

Qırmızı pul bibər

Portağaldan üç dəfə çox C vitamini ehtiva edir. Ağrıları kəsmək üçün nəzərdə tutulan kremlərin tərkibinə əlavə edilir.

Portağal suyu

Bir stəkan portağal suyu gündəlik C vitamini ehtiyacının hamısını qarşılayır. Tərkibindəki kalium bədənin su tarazlığını qoruyur, dərinin qurumasının qarşısını alır.

Soğan

Ürək xəstəliklərinə yaxalanmaq riskini azaldır.

Sarımsaq

Qan təzyiqini aşağı salır. Gündə bir diş sarımsaq yeyərək xolesterin problemindən də xilas ola bilərsiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm