• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qidalardakı vitaminlərin ölməməsi üçün nə etməli?

Qidalardakı vitaminlərin ölməməsi üçün nə etməli?

Əksəriyyət sağlam qidalanmağa çalışır. Ancaq bəzən heç fərqində olmadığımız vərdişlərimiz yediyimiz sağlam qidalardakı vitaminlərin, elementlərin, mineralların məhv olmasına, qidanın yararsız hala düşməsinə səbəb olur. Bəs, bunun qarşısını almaq üçün nə etməliyik?

Publika.az mütəxəssislərin məsləhətlərini təqdim edir:

Həkimlər bildirirlər ki, qidalardakı vitaminlərin itməsinə səbəb olan ən zərərli vərdiş yeməklərdən dərhal sonra çay içməkdir. Çaydakı “tanen” adlı maddə qidaların tərkibindəki dəmirin yuyulub getməsinə səbəb olur. Xüsusilə də, səhər yeməklərində insanların yeməyin yanında qara çay içdiklərinə diqqət çəkən sağlam qidalanma mütəxəssisləri bunun yol verilməz olduğunu bildirirlər. Çünki bu vərdiş səhər yeyilən pendirin, yumurtanın və zeytunun tərkibindəki faydalı maddələrin orqanizm tərəfindən mənimsənilməsinin qarşısını alır,. Bədən sadəcə, lazımsız kalori alır.

Odur ki, çay yeməkdən 1 saat sonra içilməlidir. Əgər çaydan vaz keçə bilmirsinizsə, açıq rəngdə için və içərisinə limon sıxın. Beləliklə, çayın tərkibindəki “tanen” maddəsinin təsiri azalacaq.

Qidaların vitaminlərini öldürən bir digər səbəb isə onları qaynadıb suyunu süzməyimizdir. Adətən, makaronu və düyünü qaynadıb suyunu süzürlər. Lakin ən yaxşı üsul onları qazana tökdükdən sonra üzərini örtəcək qədər su əlavə edib suyunun çəkilməsini gözləməkdir. Noxud, paxla kimi qidalar da qaynadılır və suyu atılır. Ancaq bu qidaların bütün vitaminləri həmin su ilə birlikdə itkiyə gedir. Ona görə də noxudu, paxlanı və digər sərt qidaları az su ilə qaynadıb suyu ilə birlikdə yeməklərə əlavə etmək lazımdır.

Südü isə ümumiyyətlə, qaynatmaq olmaz. Düzdür, qaynatdıqda südün tərkibindəki zərərli bakteriyalar məhv olur, ancaq artıq süd yararsız hala düşür. Odur ki, şüşə qabda satılan, pasterizə edilmiş süd alın.

Vitaminlərin itməsinə səbəb olan digər bir səbəb isə tərəvəzlərdən düzgün istifadə etməməkdir. Məsələn, kök salatının üzərinə limon sıxmaq olmaz. Çünki bu kökün tərkibindəki A vitaminin itməsinə səbəb olur.

Bəzi insanlar tərəvəzlərin, xüsusilə də, göyərtilərin yaşıl qalması üçün tərəvəz yeməklərinə soda əlavə edir. Bu səhv addımdır. Soda B qrupu vitaminlərinin itməsinə səbəb olur.

Odur ki, nəyi necə yediyinizə diqqət edin. Əks təqdirdə, xəstəliklərə qarşı orqanizminizin müdafiə qalxanını məhv edə bilərsiniz.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR