• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kompüter oyunları hansı xəstəliyə tutulma riskini artırır?

Kompüter oyunları hansı xəstəliyə tutulma riskini artırır?

Kanadada aparılan araşdırma kompüter oyunları oynayan insanların alzeymer xəstəliyinə yaxalanmaq riskinin daha yüksək olduğunu ortaya çıxarıb. Qeyd edək ki, alzheymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji xəstəlikdir. Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intellektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması müşahidə edilir.

Kanadanın Monreal Universitetinin professorları bildirirlər ki, kompüter oyunları aludəçilərinin beyinlərindəki “hipokampus” bölgəsində olan boz maddə azalır. Buna səbəb oyun oynayarkən beynin "caudate nucleus" adlı bölgəsindən çox istifadə edilməsidir.

Alimlər beynin hipokampus bölgəsindəki boz maddənin azalması və bu bölgənin kiçilməsinin başda alzeymer olmaqla bir çox beyin problemlərinə, o cümlədən də psixoloji xəstəliklərə səbəb ola biləcəyini bildiriblər.

Araşdırmanın nəticələri "Proceedings of the Royal Society B" adlı jurnalda nəşr edilib.

Bundan öncə aparılan tədqiqatlar kompüter oyunlarının öyrənmə və problemi həll etmə bacarığını artırdığını aşkarlamışdı. Ancaq heç bir alim belə oyunların beynin normal fəaliyyətini pozduğunu inkar etmir.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR