18 kiloqramlıq qadının son günləri – VİDEO/FOTO
Bizi izləyin

Sağlamlıq

18 kiloqramlıq qadının son günləri – VİDEO/FOTO

ABŞ-ın Kaliforniya ştatında yaşayan 37 yaşlı Reyçel Farruxun çəkisi 18 kiloqramdır və o, ölüm ayağındadır. Qadın sağ qalmaq üçün əhalidən kömək istəyir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Reyçel 10 ildən artıqdır ki, anoreksiya xəstəliyindən əziyyət çəkir. O, sağ qalmaq və qida pozuntusu ilə mübarizə aparmaq üçün YouTube kanalında videosunu yayıb.

Qadın videoda səhhətindən danışaraq son aylar ərzində neçə çətinlik çəkdiyini, xəstəlik ucbatından zəiflədiyini, təngənəfəs olduğunu və yeriyə bilmədiyini izah edib. Reyçelin əri Ron Edmondson işini tərk edərək 24 saat arvadının qulluğunda dayanır. Çünki xəstəxana ölüm ayağında olan qadını öz öhdəliyinə götürməkdən imtina edib.

Farrux deyib: “Sağ qalmaq şansım az olsa da, yalnız bir xəstəxana məsuliyyəti öz boynuna götürməyə hazırdır”. Reyçel yerli əhalidən maliyyə yardımı istəyərək xəstəxanada müalicə olunmaq istədiyini bildirib.

“Çəkim 18 kiloqramdır. Heç bir xəstəxana məsuliyyəti öz boynuna götürmək istəmir. Həyat yoldaşım Rod 24 saat qulluğumda dayanır”, - o əlavə edib.

Onun videosundan təsirlənən sıravi insanlar 33 min dollar ianə toplayıb. Amma bu vəsait ona kifayət etmir. Reyçelin sağ qalması üçün nə az, nə çox 100 min dollar lazımdır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm