B12 vitamininin faydaları
Bizi izləyin

Sağlamlıq

B12 vitamininin faydaları

Vitaminlər - üzvi birləşmələrdir.

İnsan və heyvanların qidasının zəruri hissəsi olan vitamin latınca "həyat" mənasını verən "Vita" sözündən götürülüb.

Canlı orqanizmlər vitaminsiz yaşaya bilməzlər. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Lakin onlar balıq və ət məhsullarında, süddə, yumurtada da olur. Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və avitaminoz (sinqa, raxit, qanaxma, boyatmanın ləngiməsi) baş verir. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin tərkibində, əsas vitaminlər isə qidaların tərkibində olur.

Vitaminlər iki qrupa bölünür:

a) suda həll olan (C vitamini və B qrupu vitaminlər),

b) yağda həll olan (A,D,E,K) vitaminlər.

Hər bir vitamin orqanizmi sağlam və gümrah saxlayan mühafizəçi rolunu oynayır. Məsələn, B12 vitamini də orqanizmə çox zəruri olan nuklein turşuları sintezində və zülalların istifadə olunmasında iştirak edir. Bu vitaminin orqanizmdə çatışmazlığı isə qanazlığına səbəb olur.

B 12 vitamini suda əriyən bir vitamindir, digər adı kobalamindir. B 12 vitamini çatışmazlığının ən çox rastgəlinən əlaməti yorğunluqdur. Əsas simptomları arasında çəki itkisi, qəbizlik və ya ishal, dilin qırmızı olması, ürək bulantısı və qusma, qarında şişlik və qaz, əl və ayaqlarda halsızlıq və əsəbilik də ola bilər.

Hər vitaminin öz əhəmiyyəti var. Həyati əhəmiyyət daşıyan hər bvir vitamin insan orqanizminin mühüm elementidir. Odur ki, barəsində söhbət açdığımız B12 vitamininin orqanizmdə nəyə lazım olduğuna baxaq:

Qırmızı rəng qan hüceyrələrinin keyfiyyəti və sinir sisteminin güclü olması üçün;

Qanda olan oksigenin hüceyrələrə köçməsi, immunitet sisteminin zəhərlərə və siqaret dumanına qarşı döyüşməsi üçün;

Sinir sisteminin problemsiz şəkildə inkişaf etməsi, qadınların ana ola bilməsi, hüceyrə əmələ gəlməsi və uzun ömür üçün B12 vitamininə ehtiyac duyuruq.

B12 vitamini hansı qidaların tərkibində var?

Bəs, biz ehtiyac duyduğumuz bu vitamini nədən ala bilərik?

B 12 vitamini qırmızı ət, hinduşka əti, dovşan əti, toyuq əti, böyrək, pendir, yağlı balıq, dəniz canlıları, ciyər, yumurtanın ağı, süd və paxla kimi qidaların tərkibində olur. Göründüyü kimi B12 tamamilə heyvanlardan əldə etdiyimiz qidalarda olur.

Yorgunluğu aradan qaldıran B12 vitamini

Veqan pəhriziylə qidalanan insanlar daha çox heyvani toxumalarda yerləşən B12 elementindən məhrum qaldıqlarından bəzi sağlamlıq problemləri yaşayırlar. Buna görə də, B12 tərkibli qidaları istehlak etmək istəməyən və ya bəzi səbəblərdən ət yeyə bilməyən şəxslər B12 ehtiva edən həblərdən istifadə etməlidirlər.

Vegeterian, hətta veqan qidalanma qrupu B12 vitamini çatışmazlığından qaynaqlanan sağlamlıq problemləri yaşamamaq üçün mütləq B12 vitamini qəbul etməli, yaxud veqan qidalanma rejimini bir qədər yumşaltmalıdır.

B12 vitamin çatışmazlığı

Kobalt mineralı daşıdığı üçün kobalamin kimi də tanınan B12 vitamini suda əriyən vitamin olmasına baxmayaraq, digər suda əriyən qidalardan fərqli olaraq böyrəklər, qaraciyər və digər bədən toxumalarında toplanır.

Orqanizmdə B12 vitamini ehtiyatlarının tamamilə tükənməsi 5-6 il ərzində heç bir əlamətlə özünü büruzə verməyə bilər. Buna görə də B12 ehtiva edən qidaların istehlakına xüsusi diqqət yetirmək lazımdır.

Əgər yetərli dozada B12 vitamini qəbul etmədiyiniz barədə şübhələriniz varsa, qan testi etdirərək şübhələrinizi aradan qaldıra bilərsiniz.

Çəki itkisi, ishal, dəridə durğunluq, limon rəngində saralmaq və sarılıq, saçların tökülməsi, əzələlərin zəifləməsi, sərsəmləmə, yorğunluq, müvazinət çətinliyi, yaddaş zəifliyi, baldırlarda həssaslıq, qadınlarda menstruasiya pozulması, infeksiyalara qarşı passivlik, əsəbilik halı kimi hallardan əziyyət çəkirsinizsə, bu orqanizmin kifayət miqdarda B12 vitamini qəbul etmədiyini göstərir.

Vitamin çatışmazlığı nələrə səbəb olar?

Orqanizmdə B12 çatışmayanda nələr olur, bunu bilirsinizmi?

Zehni və əsəb sistemi pozulur, qulaq cingildəyir, hissiyyatsızlıq kimi əlamətlər yaranar. Yaşlı insanlarda depressiyanın ən əhəmiyyətli səbəbidir. Ciddi B12 vitamini çatışmazlığında isə sinir funksiyalarının pozulmasıyla müşaiyyət olunan xroniki xəstəliklər ortaya çıxır. B12 çatışmazlığına keylik, unutqanlıq, səhərlər yataqdan yorğun qalxma kimi əlamətlər daxildir.

B6 vitamini ilə birlikdə qəbul edildikdə ürək xəstəlikləri və damar tıxanmasının qarşısını alır. Hamilə qadınlarda dölün normal inkişafını təmin edir, sinir sistemində müalicəedici rol oynayır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm