Ancelina Colini arıqladan çiyələk pəhrizi – FOTOLAR
Bizi izləyin

Sağlamlıq

Ancelina Colini arıqladan çiyələk pəhrizi – FOTOLAR

Dünyanın ən bəyənilən qadınlarından biri Ancelina Coli hamiləlikdən sonra çiyələk pəhrizi ilə arıqladığını və formasını qoruduğunu açıqlayıb.

Xatırladaq ki, cazibədar aktrisa dünyaya 3 uşaq gətirib.

Publika.az aktrisanın çiyələk pəhrizini araşdırıb.

Çiyələk

Pəhriz barədə danışmazdan öncə çiyələyin faydalarını öyrənək. Həmin meyvənin hansı üstünlükləri olduğunu bilmək sizə də maraqlı olacaq.

Öncəliklə qeyd edək ki, pəhriz saxlayanlar üçün çiyələk çox faydalıdır. Buna səbəb isə onun aşağı kalorili olmasıdır. Bir kasa çiyələk 50 kaloridir. Çiyələyin tərkibindəki yüksək miqdarda C vitamini hüceyrə yenilənməsini və yağ yandırılmasını təmin edir. Arıqlamağa mane olan ən böyük problemlərdən biri olan qəbizliyi müalicə edir. Şirniyyat istəyinin qarşısını alır.

Pəhrizə necə başlamalı?

İlk növbədə səhər oyanan kimi sağlam qidalanacağınıza, arıqlayıb arzusunda olduğunuz paltarları geyinəcəyinizə dair özünüzə söz verin. Beyninizə göndərdiyiniz bu mesaj pəhrizin sonrakı mərhələsində sizə çox kömək edəcək.

Sonra dişlərinizi təmizləyib 2 stəkan soyuq su için.

Səhər yeməyi:

1 kasa çiyələyi yaxşıca yuduqdan sonra nazik doğrayın və qaba qoyun. Üzərinə 2 yemək qaşığı yulaf əzməsi və 1 stəkan süd əlavə edib qarışdırın. Daha sonra 1 çay qaşığı darçın, 1 çay qaşığı kətan toxumu əlavə edin. Yulaf əzməsinin yumşalması üçün iki üç dəqiqə gözləyin. Hazırladığınız səhər yeməyini yaşıl çay və ya Məkkə çayı (qırmızı çay və ya hibiskus çayı da deyirlər) ilə nuşcanlıqla yeyin.

Yulaf əzməsi uzun müddət tox saxlayır, hazırlaması asandır və bağırsaqları işlədir. Yulaf əzməsini aptek və ya marketlərdən ala bilərsiniz.

Qəlyanaltı:

Gecədən hazırladığınız böyük bir stəkan yağyandırıcı çay için.

Yağ yandırıcı çayın resepti:

1 litr otaq temperaturunda su

1 ədəd limon

10 yarpaq təzə nanə

1 ədəd xiyar

Hazırlanması: Çayı gecədən hazırlayıb qoyanda daha faydalı olur. Bu sayədə bitkilərin tərkibi suya keçir. Bir litr suyu dolça və ya şüşə qaba tökün. Xiyar və limonu istədiyiniz kimi dilimləyib suya əlavə edin. Suyu gecədən səhərə qədər ya soyuducuda, ya da sərin yerdə saxlaya bilərsiniz.

Çayı isitmək və qaynar su ilə hazırlamaq olmaz. Yoxsa limon və nanənin tərkibindəki vitaminləri itəcək. Soyuq və ya otaq temperaturunda su istifadə edin. Əgər evdə xiyar yoxdursa, xiyar istifadə etmədən də çayı hazırlamaq olar, amma təzə nanə və limon şərtdir. Onlar olmadan bu çayın heç bir faydası olmayacaq.

Günorta yeməyi:

1 stəkan pörtmüş mərciməklə bol göyərtili salat hazırlayın. Amma içinə qətiyyən duz və ya nar turşusu əlavə etməyin. Salata dad vermək üçün ancaq sirkə və ya bir çay qaşığı zeytun yağı tökmək olar.

4 ədəd çiyələk və bir kasa qatıq

Gecədən hazırladığınız yağ yandırıcı çay – 1 böyük stəkan

Saat 2 ilə 4 arası

Şirniyyat istəyini kəsmək üçün 4 ədəd çiyələk yeyin. İştahanızı öldürmək və sizi tox saxlaması üçün bir stəkan darçınlı süd için.

Darçınlı südün hazırlanma resepti: 1 stəkan südə yarım çay qaşığı toz darçın əlavə edib qarışdırın.

Bud və qarın yağları əritmək üçün darçınlı süd olduqca faydalı içkidir. Elmi tədqiqatın nəticələrinə görə, darçınlı süd qan şəkərini nizamlayır və enerjini yüksəldir. Darçın aclıq hissinin qarşısını alaraq, insanın özünü daha uzun müddət tox hiss etməsini təmin edir. Üstəlik, həm metabolizmi yaxşılaşdırır, həm də daha çox kalori yandırmağa kömək edir.

Südün tərkibindəki kalsium isə bədəndəki artıq yağların yandırılmasını və sümüklərin güclənməsini təmin edir. Ən yaxşı heyvani protein qaynaqlarından biri olan süd, əzələləri gücləndirir və bu sayədə bədənin daha çox kalori yandırmasına kömək edir. Bundan başqa, “süd şəkəri” deyilən "laktoza” maddəsi insanın şəkər ehtiyacını təbii yolla qarşılayır.

Faydalı iki qidanı birləşdirdikdə daha güclü effekt verir. Təxminən ayda 4 kq. yağ itirə bilərsiniz.

Gecədən hazırladığınız yağ yandırıcı çay – 1 böyük stəkan

Axşam yeməyi:

15 ədəd göbələyi yaxşıca yuduqdan sonra soba sinisinə düzüb üzərinə təkcə ədviyyat əlavə edib 15 dəqiqə bişirin.

2 ədəd yaşıl balqabağı nazik doğrayıb yağsız tavada nanə əlavə edərək bişirib yeyin.

Gecədən hazırladığınız yağ yandırıcı çay – 1 böyük stəkan

Yatmazdan 3 saat əvvəl:

Bir kasa qatığa 4 ədəd doğranmış çiyələk və bir çay qaşığı nanə əlavə edərək qarışdırıb için.

Həftədə 3 kq. arıqlamaq üçün bu qaydalara xüsusi diqqət edin:

Hər gün ən az 30 dəqiqə sürətli tempdə yeriyin, bədəninizdən tər axacaq şəkildə getməlisiniz. Yürüş üçün hökmən çölə çıxmaq vacib deyil, evinizin salonunda da yeriyə bilərsiniz.

Hər gün bütün bədəni işlədən idmanla məşğul olun. Ən az 20 dəqiqə etməlisiniz.

Hər gün mütləq 2 litr su içməlisiniz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm