14 günə arıqladan 7 min dollarlıq möcüzəvi pəhriz
Bizi izləyin

Sağlamlıq

14 günə arıqladan 7 min dollarlıq möcüzəvi pəhriz

Dünyanın ən zəngin insanları, rusiyalı oliqarxlar hətta Hollivud ulduzları belə arıqlamaq üçün Avstriyadakı “Viva Mayr” klinikasına müraciət edirlər. Zənginlər 14 gün davam edən bu pəhriz və sağlam qidalanma proqramı üçün klinikaya 7 min dollar ödəyirlər. Klinika müştərilərinə sadəcə arıqlamağı deyil, həzm sistemindəki problemlərdən xilas olmağı, özlərini daha enerjili hiss etməyi vəd edir.

Üstəlik, buna ac qalmadan, əziyyət çəkmədən nail olmağa şərait yaradır.

Müğənni Ceri Holliuell, aktyor Kevin Speyci bu pəhriz proqramına əməl edənlərin sırasındadır.

Dünyanın ən imkanlı insanlarını sadəcə 14 gündə arıqladıb ideal çəkiyə qovuşduran pəhrizi artıq hər kəs saxlaya biləcək. Çünki klinikada tətbiq edilən pəhriz haqqında kitab hazırlanıb.

Bu möcüzəvi pəhrizin sirlərini Publika.az-dan öyrənin.

*Maddələr mübadiləsinin sürətini zəiflədən kofein və şəkərdən uzaq durun. İlk günlər özünüzü yorğun hiss edəcəksiniz, hətta baş ağrısının olacağı istisna deyil. Ancaq bu bədəninizin təmizləndiyinin əlamətidir, odur ki, dözün.

*Axşama doğru bədənin tempi yavaşlayır. Ona görə insan günün ilk yarısında yediyi qidanı rahatlıqla həzm edə bilir. Günortadan sonra, əsasən də axşamlar yeyilən ağır yeməklərin həzmi isə çətinləşir. Bu səbəbdən çox kalori ehtiva edən qidaları günorta saat 12:00-a qədər yeyin. Ondan sonra daha xəfif qidalara üstünlük verin.

*Tərəvəz və meyvələri səhər və günorta saatlarında yeyin. Axşamlar yeməkdən çəkinin.

*Axşam yeməyində şorba ya da buxarda bişirilmiş balıq və tərəvəzlərə üstünlük verin.

Axşam yeməyi saat 18:00-dan sonra yeyilməməlidir. Beləliklə, yatmazdan öncə mədənizdəki hər şeyi həzm etmiş olacaqsınız.

*Arıqlamağın ən əhəmiyyətli sirlərindən biri qidaları çox çeynəməkdir. Yeməkləri nə qədər çox çeynəsəniz, o qədər tez doyacaqsınız. Çox çeynəmək həm beyinə toxluq siqnalının tez çatmasını təmin edir, həm də qidanın komponentlərə daha asan ayrılmasına, mədədə daha asan həzm edilməsinə səbəb olur. Ona görə də, hər loxmanı ən az 30-40 dəfə çeynəyin. Yemək yeyərkən əsla su içməyin.

*Səhər yeməyindən əvvəl bir stəkan ilıq su için. Gün ərzində 2-3 litr su içmək önəmlidir. Suyu yeməklərdən yarım saat öncə və sonra içə bilərsiniz.

*Sudan əlavə bitki çayları, meyvə şirəsi və süd içə bilərsiniz. 14 gün ərzində çay və qəhvə içmək qadağandır. 1 qədəh şəraba isə icazə var.

*Karbohidratlar enerji qaynağıdır. Ona görə bütün karbohidratlardan imtina etmək düz deyil. Ancaq gündəlik karbohidrat miqdarını olduqca azaltmalısınız. Tam taxıllı məhsulları seçin.

*Doymuş yağlardan uzaq durun. Omeqa 3, 6, 9 növlü yağ turşularına üstünlük verin. Fındıq, zeytun, günəbaxan, kətan toxumunda bu yağ bol miqdarda var. Omeqa 3 yağ turşusu bədəndəki yağların əriməsinə və parçalanmasına kömək edir.

*Qaraciyər və böyrək kimi bədəni təmizləyən orqanlar üçün vacib olan zülallar mütləq qəbul edilməlidir. Ona görə də iki gündən bir balıq və ya pendir yeyin. Lobya, mərci kimi qidalar yeyərək zülal itkisinin qarşısını alın.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm