Katarakta riskini azaldan vitamin
Bizi izləyin

Sağlamlıq

Katarakta riskini azaldan vitamin

E vitamininin katarakta riskini azaltdığı məlum olub. Çinin Çinqdao Universitenin elm adamları 250 min insanın iştirakı ilə həyata keçirilən araşdırma sayəsində E vitaminin bir çox göz xəstəliyinin, əsasən də kataraktanın çarəsi ola biləcəyini müəyyənləşdiriblər.

Düzdür, bu vitamin artıq yaranmış kataraktaya elə də güclü təsir edə bilmir. Ancaq insan E vitamini ilə zəngin qidalar yeyərək kataraktaya yaxalanma riskinizi 27 faiz azalda bilər.

Alimlər vurğulayırlar ki, bunun üçün gündəlik E vitamini ehtiyacını qarşılamaq kifayət deyil. Katarakta riski orqanizmə gündəlik normadan 7 miliqramdan daha çox E vitamini daxil olduqda azala bilər.

Soya lobyası, quru lobya, göyərtilər, əsasən də ispanaq, çərəzlər, avokado, günəbaxan və qarğıdalı yağı bol miqdarda E vitamini ehtiva edir.

Qeyd edək ki, katarakta yaşla bağlı olaraq ortaya çıxan göz xəstəliklərindən biridir. El arasında buna mirvari suyu deyilir. Xəstəliyin korluğa səbəb olma ehtimalı yüksəkdir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm