• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Əsəbləri sakitləşdirib stressi azaldan meyvə

Əsəbləri sakitləşdirib stressi azaldan meyvə

Yayın ən sevilən meyvələrindən biri şaftalıdır. Bol miqdarda su ehtiva edən şaftalının faydalarından xəbərdar olmaq üçün Publika.az-ın təqdim etdiyi yazını oxuyun.

Şaftalı ilk dəfə Çində yetişib. Oradan bütün Şərqə və Avropaya yayılıb.

Tüklü şaftalılar daha faydalıdır. Şaftalının tam yetişmişini yemək lazımdır. Bu zaman meyvə daha şirin, dadlı və sulu olur. Tüklü bir meyvə olduğu üçün bəzi insanlarda allergiyaya səbəb ola bilir. Ona görə də yeməzdən öncə ən az 2-3 dəqiqə suyun altında saxlamaq və ovalayaraq yumaq lazımdır. Şaftalını əsla soymayın, çünki meyvənin lətli hissəsi kimi qabığı da şəfa anbarıdır. Şaftalı həzmə kömək edir. Orqanizmdəki zərərli maddələrin və toksinlərin atılmasını təmin edir. Əsəb sisteminə yaxşı təsir edir, stressi azaldır. A, B və C vitaminləri və minerallarla zəngindir.

Böyrək daşını əridir. Ürək xəstəliklərindən qoruyur. Sidik yollarını təmizləyir. Qəbizliyi aradan qaldırır. Bağırsaq qurdlarını tökdürür.

Şaftalı dəri gözəlliyi üçün də faydalıdır. Dərini gəncləşdirir. Şaftalını gözəllik maskalarına əlavə edə bilərsiniz.

Bu meyvəni çiy və bütöv halda yeməyiniz məsləhətdir. Ancaq şirəsi və kompotu da eyni təsiri göstərir. Mürəbbəsini hazırlayaraq qışda da bu dadlı meyvənin faydalarından yararlana bilərsiniz.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR