İdman zalına getmədən ayaq və budları incəldən məşqlər – FOTOLAR
Bizi izləyin

Sağlamlıq

İdman zalına getmədən ayaq və budları incəldən məşqlər – FOTOLAR

Bud hissəsini incəltmək üçün özünüzü xərcə salmağa da, saatlarla idman zalında məşq etməyə də ehtiyac yoxdur. Cazibədar ayaqlara sahib olmaq üçün ev şəraitində edə biləciyiniz sadə məşqlər var. Amma idmanı vərdiş halına gətirmək, mütəmadi olaraq idmanla məşğul olmaq şərtdir. Əgər hər gün 15 dəqiqə ayaqları incəldən hərəkətləri etsəniz, bir müddət sonra arzuladığınız bədənə sahib olacaqsınız.

Bu məşqlərin üstünlüyü ondadır ki, arıqlamaq üçün idman zalına getməyə ehtiyac yoxdur. Məşqin effektini görmək üçün şəkillərdə göstərilən hərəkətlərin hər birini 30 dəfə təkrar etməlisiniz.

İdmana başlamazdan əvvəl isinmə hərəkətləri edin. Bu, əzələləri daha da gücləndirəcək.

Publik.az ev şəraitində edə biləcəyiniz məşqləri təqdim edir.

1. Budlarda toplanmış artıq yağları əritmək üçün ayaqları qarına tərəf çəkmə hərəkətini 10 dəfə təkrar edin.

2. Bu budəritmə hərəkəti ayaqların aşağı hissəsini də nazikləşdirir.

3. Bu hərəkət sadəcə budlarda toplanmış yağları əritməklə kifayətlənmir, qarın yağlarını yandırmağa da kömək edir.

4. Ayaqları yuxarı qaldırma hərəkətində həm omba, həm bud həm qıç əzələləri işləyir.

5. Budu nazikləşdirmək üçün təklif olunan bu hərəkət əsl möcüzədir. Çünki bu məşq həm də bütün bədən əzələləri hərəkətə gətirir.

İdman bitdikdən sonra 2 böyük stəkan su için ki, yandırdığınız yağlar tərləmə və ya sidik yolu ilə orqanizmdən dərhal xaric olsun.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm