Mədəaltı vəzin fəaliyyətini yaxşılaşdıran bitkilər
Bizi izləyin

Sağlamlıq

Mədəaltı vəzin fəaliyyətini yaxşılaşdıran bitkilər

Bir növ ifrazat vəzi olan mədəaltı vəz sağlamlıq baxımından çox əhəmiyyətli rola malikdir. Mədəaltı vəz düzgün işləmədikdə şəkər xəstəliyi yaranır. Kifayət qədər insulin istehsal etməyən mədəaltı vəz şəkər xəstəliyinin əsas səbəbinə çevrilir. Ona görə də bu orqanın fəaliyyətini yaxşılaşdıran qidalardan istifadə etmək çox önəmlidir.

Əgər mədəaltı vəziniz sağlam olsa, bir çox xəstəliklərdən qorunmuş olacaqsınız.

Publika.az-ın sağlamlıq bölməsi mədəaltı vəzin fəaliyyətini gücləndirən ən təsirli bitkilərdən yazıb:

Yulaf samanı: yulaf bitkisi qurudulub saman halına gəldikdən sonra 1 ovuc bitkini 50 ml. suda 30 dəqiqə qaynadıb gündə 1 dəfə, yarım stəkan içmək lazımdır. Bu çayı 4-5 həftə içmək məsləhətdir.

Böyürtkən yarpağı: 1 stəkan qaynar suya 10 qram böyürtkən yarpağı töküb 10 dəqiqə gözləmək lazımdır. Bu sudan gündə 3 stəkan içmək lazımdır.

Qatıqotu: 1 stəkan qaynar suya, 1 çay qaşığı qatıqotu töküb 10 dəqiqə gözləyin. Gündə 2-3 stəkan bu çaydan için.

Ardıc toxumu: 1-ci gün 4 ədəd, 2 gün 5 ədəd və bu qayda ilə hər gün bir ədəd artıraraq qəbul etmək lazımdır. 15 gün bu prosesi davam etdirmək məsləhətdir.

Yeralması: Bu tərəvəzi qaynadaraq yedikdə mədəaltı vəzi gücləndirir.

Qoz yarpağı: 1 stəkan qaynar suya 4 qram təzə və ya quru qoz ağacı yarpağını töküb 10 dəqiqə gözləmək və gündə yarım stəkan içmək olar.

Soğan: Gündəlik olaraq istifadə etdiyimiz tərəvəzlərdən olan soğan da mədəaltı vəz üçün faydalıdır. 50 ml. suya, 3 ədəd xırda çərtilmiş soğanı töküb 1 gecə saxlayırlar. Alınan suyu yeməklərdən 15-30 dəqiqə öncə içmək lazımdır. Gündə 1 fincan içmək kifayətdir.

Kələm: şirəçəkən maşında kələmin suyunu çıxarıb gündə 2 stəkan içmək mədəaltı vəzlə yanaşı, orqanizmin ümumi sağlamlığı üçün yaxşı üsuldur.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm