Ev üçün ən uyğun 3 idman aləti – FOTOLAR
Bizi izləyin

Sağlamlıq

Ev üçün ən uyğun 3 idman aləti – FOTOLAR

İdman sağlamlığın, hər yaşda formada və ideal bədən ölçülərinə sahib olmağın, çevik və güclü bədənin ən vacib açarıdır. Çox vaxt stressli və gərgin iş həyatından idman etməyə vaxt tapa bilmirik. Amma bununla özümüzə nə qədər zərər veririk. İdman zalına getməyə vaxtı olmayanlar ev üçün uyğun idman aləti alaraq vəziyyətdən çıxış yolu tapa bilərlər. Publika.az ev üçün ən uyğun idman aləti və onun faydalarını təqdim edir:

Qaçış lenti (trenajoru): Evdə istifadəyə ən uyğun idman aləti qaçış lentidir. Xərclənən kalorini hesablayır, sürəti mərhələli olaraq artırır, nəbzi ölçür. Bundan başqa, bir çox xüsusiyyəti ilə həm funksional, həm praktikdir. Evdə məşqçinin köməyi olmadan istifadə edə biləcəyiniz ən rahat idman alətidir.

Ev-için-En-Uygun-4-Spor-Aletyürüme-bandı

İdman velosipedi: Evdə həm az yer tutur, həm də istifadəsi rahat və asandır. Bu xüsusiyyətləri sayəsində ev üçün ən uyğun idman alətidir. İnsana və sürətə görə tənzimlənən dinamikası sayəsində idman velosipedi son dərəcə praktikdir. Bu idman aləti qıç əzələlərinin mükəmməl işləməsini təmin edir. Ancaq ayaq oynaqlarında hər hansı problem varsa, bu idman alətindən istifadə etmək tövsiyə olunmur.

Ev-için-En-Uygun-4-Spor-Alet-egzersiz-bisikleti

Kürək aləti: Kürək aləti qol, çiyin və kürək əzələlərini hərəkətə gətirmək üçün ən ideal idman alətidir. Eyni zamanda, evdə rahatlıqla istifadə ediləcək alətlərdəndir. Hər hansı bir elektron sxemlə işləməyən, əllə hərəkətə gətirilən bu idman aləti ilə bütün əzələ qruplarını hərəkətə gətirir və möhkəmlədir.

Ev-için-En-Uygun-4-Spor-Alet-kürek-makinası

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm