Bədəniniz ən zəif bir zərbədən göyərirsə... – Diqqət!
Bizi izləyin

Sağlamlıq

Bədəniniz ən zəif bir zərbədən göyərirsə... – Diqqət!

K vitamini nədir? Hansı qidaların tərkibində olur? Faydaları nələrdir?

Əgər bu suallar sizi də düşündürürsə, cavabları Publika.az-da oxuyun.

K vitamini yağda həll oluna bilən nadir vitaminlərdən biridir. Orqanizm K vitamininə böyük ehtiyac duymasa da, həmin vitaminin çatışmazlığı ciddi əlamətlə üzə çıxır. Belə ki, bədəniniz ən kiçik zərbədən də göyərir. Odur ki, K vitamini də mütəmadi olaraq qəbul edilməlidir.

Üç növ K vitamini var:

K1 vitamini: bitkilərdə, xüsusilə də, göyərtilərdə olur. K1 qanın laxtalanmasına kömək edir.

K2 vitamini: Kalsiumun sümüklərdə toplanmasına kömək edir. Birbaşa qan hüceyrələrinə və sümüklərə təsir edir.

K3 vitamini: K vitamininin sarı toz halında satılan sintetik versiyasıdır. Bundan, adətən, həkim məsləhəti ilə istifadə edilir.

K vitamini xərçəngə qarşı təsirlidir. Amerikada aparılan araşdırmalardan biri sübut edib ki, ağciyər xərçənginin müalicəsində K vitaminindən istifadə etdikdə xərçəng hüceyrələrinin böyüməsinin qarşısı alınır.

K vitamini bağırsaq, mədə və ağız xərçənginin müalicəsində də istifadə edilir.

K vitamini sümük əriməsinin qarşısını alır. Osteoparoz xəstəliyindən qorunmaq üçün gündəlik K vitamini ehtiyacını ödəmək lazımdır.

K vitamini ürəyi də qoruyur. Arterial damarların sərtləşməsinin qarşısını aldığı üçün bir çox ürək problemlərinə qarşı qalxan funksiyasını yerinə yetirir.

K2 vitamini alzeymer xəstəliyindən mühafizə olunmaq üçün çox əhəmiyyətlidir.

K vitamini insulini tarazladığı üçün şəkər xəstələri üçün faydalıdır. Gündəlik K vitamini ehtiyacını ödəyənlərin şəkər xəstələyinə yaxalanmaq riski 20 faiz daha azdır.

K vitamini antioksidant xüsusiyyəti daşıyır.

Bəs, görəsən, bu qədər faydaları olan K vitamini hansı qidaların tərkibində olur?

Pendir, təbii kərəyağı, kefir K vitamini ilə zəngindir. Brokkoli, adaçayı, kəklikotu, göy soğan, brüksel kələmi, qara kələm, ispanaq, cəfəri, kahı, qulançar, qırmızı pul bibər, pomidor, kök, soya lobyası, tut, moruq, əncir, armud kimi qidalar da təbii K vitamini anbarıdırlar.

Qadınlar hər gün 65 mikroqram, kişilər isə 80 mikroqram K vitamini qəbul etməlidirlər.

Ancaq hamilələr və uşaq əmizdirən analar üçün K vitamini təhlükəli ola bilər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm