Çakraların mənası
Bizi izləyin

Sağlamlıq

Çakraların mənası

Ədəbiyyatlarda meditativ vəziyyətə çatmaq üçün yüzlərlə üsullar qeyd edilib. Bunlardan biri də çakraların tənzimlənməsidir. Bu, əslində, geniş mövzudur. Amma qısa və sadə şəkildə desək, çakralar – bədənimizdəki enerji mərkəzləridir. Beləliklə, orqanizmin daxili balansına nəzarət edən 7 çakra var ki, onların da hər biri özünəməxsus rəngə malik enerji spiralını xatırladır. Gündəlik həyat tərzimiz, o cümlədən qəbul etdiyimiz qidalar bu çakraları aça və ya qapalı saxlaya bilər. Çakralarda zəiflik və ya qapanma baş verərsə, bu, bədəndə fiziki və ruhi balansın pozulması və müxtəlif xəstəliklərin yaranmasıyla nəticələnir.

Bədənimizdəki 7 enerji mərkəzi olan çakraların balansını qorumaq üçün təkcə yoqa və meditasiya məşqləri kifayət deyil. Gəlin etiraf edək ki, bəzən gündəlik həyatda hər birimiz özümüzü səbəbsiz yerə yorğun, motivasiyasız, ruhdan düşmüş, depressiv, narahat, emosional və s. hiss edirik. Bu isə ilk baxışdan səbəbsiz görünsə də, əslində, orqanizmdə hansısa enerji mərkəzinin pozulduğunun göstəricisidir. Bu zaman daxili hissiyatımıza diqqətlə qulaq asıb qəbul etdiyimiz qidaları düzgün seçsək, dərman və ya hər hansı bir terapiyaya ehtiyac qalmadan hər şey öz yoluna düşər.

Publika.az müxtəlif rəngli 7 çakranın mənalarını təqdim edir:

1-ci Kök çakra: Mütəxəssislər çakraların açılması üçün insanın həyatını nizama salmasının vacib olduğuna inanırlar. Məsələn, müəyyən qorxular varsa, ürək çakranızdakı enerji axını tarazlığını itirir. Hətta qorxular artdıqca yalnız ürək çakrası deyil, digər çakraların da tarazlığı pozulur. Kök çakranın əsas funksiyası aqressiyanın bütün növləri və neqativ duyğuları uzaqlaşdırmaqdır.

İnsanlar bəzən bir şeyi qəbul etməkdə çətinlik çəkir, davamlı olaraq ətrafındakılara qarşı sərt davranırlarsa, bu, enerji axınında tarazlığın pozulmasını göstərir. Həmin şəxs başqa insanları mühakimə etməyə, tənqid etməyə davam etdiyi müddətdə kök çakranın açılması vaxt alacaq.

Qırmızı rəng: pomidor, çiyələk, qarpız, gilas. Əgər özünüzü tükənmiş, yorğun, süst hiss edirsinizsə, bu qırmızı rəngli meyvə və tərəvəzlərdən bol yeyin. Onlar sizin enerjinizi yüksəldəcək və bədən temperaturunu nizamlayacaq.

2-ci Sakral çakra: İkinci çakraya cinsi mövzular daxildir. Şəhvət, ehtiras, hərəkət tarazlığı, dəyişiklik və yaradıcılıq cinsi çakranı təmsil edir. İkinci çakradakı enerji axınında tarazlıq pozulmayanda insan onu ən çox nələrin xoşbəxt edəcəyini bilir, başqalarını günahlandırma hissi yox olur və ətarfdakılara daha çox sevgi ötürür.

Narıncı: Yerkökü, alabalıq, xərçəng, portağal, naringi. Əgər özünüzə əminlik hissi zəifdirsə, daima tərəddüdlər içindəsinizsə, özünüzə az dəyər verirsinizsə, bir qədər narıncı meyvə-tərəvəzdən qəbul etməyə ehtiyacınız var. Onlar sizin hisslərinizə böyük təsir göstərəcək və özünüzə olan sevginizi artıracaq.

3-cü Günəş sinir sistemi: Mədəaltı vəzini idarə edir. Rəngi sarıdır. Romantik ruhi vəziyyətlə əlaqəli olub, arzuları, yaradıcılığı və münasibətləri istiqamətləndirir. Şəxsi güc, iradə, özünə hörmət hissləri bu çakra ilə əlaqədardır. Əlaqəli olduğu element atəşdir. Burada enerji axınında qeyri-stabillik müşahidə olunanda insanın həyatında qəzəb, tamahkarlıq, hərislik hissləri özünü aşırı dərəcədə büruzə verir.

Qızılı və ya sarı: karbohidratlar, taxıllar. Əgər özünüzü məyus, ruhdan düşmüş və ya həddən artıq emosional hiss edirsinizsə, əhvalınızı sarı rəngli təbii qidalar yüksəldəcək. Çünki sarı rəng əhval-ruhiyyəni qaldıran effektiv təbii vasitədir. Ona görə də anti-depressant qəbul etmək əvəzinə, gündəlik rasionunuzu bu rəngdə olan meyvə-tərəvəzlə zənginləşdirin.

4-cü Ürək çakrası: Boğaz vəzi ilə bağlıdır. Sevgi və şəfqət duyğuları ilə bağlıdır. Əlaqəli olduğu element havadır. Çakralar sağlam çalışanda insan sevgi dolu, şəfqətli, sülhsevər, güclü və özünəinamlı olur.

Bu çakrada ziddiyyət olduqda itirmə qorxusu, hədsiz qoruyuculuq, asılılıq, başqalarının ehtiyaclarının özündən daha əhəmiyyətli olması kimi hallar üzə çıxır.

Yaşıl: İşdən yorğun, stress və gərginlik içində gəlmisinizsə, həddən artıq əzgin və yorğunsunuzsa və ya bədəninizi toksinlərdən təmizləməyə ehtiyac duyursunuzsa, yaşıl rəngi seçin. Yaşıl rənglə orqanizmə daxil olan canlı fermentlər, oksigen və xlorofil stress və yorğunluğu azaldır.

5-ci Boğaz çakrası: Qalxanabənzər vəzini idarə edir. Beşinci çakramız boğazdır. Rəngi mavidir. Bədəni bədii yaradıcılıq və özünü ifadə etmək üçün lazım olan enerji ilə təmin edir. Bu çakra dünyaya açılan pəncərə və ya həqiqət carçısı hesab olunmur.

Buradakı enerji axını pozulduqda bəyənilməmək qorxusu hissi hakim olacaq. Bu çakrada enerji balansı pozulduqda insana hərəkət etməyə mane olan uğursuzluq baş qaldırır.

Mavi: adaçayı, qarağat. Narahat və həyəcanlı olan zaman bir boşqab qarağat və ya böyürtkən yeyərək böyrəklərin tonusunu qaldıra bilərsiniz.

6-cı Alın çakrası (Üçüncü göz): Hipofiz vəzi ilə bağlıdır. Rəngi tünd göydür. Eyni zamanda "üçüncü göz çakrası" kimi tanınan bu çakra iki qaşın ortasında yerləşir. Bu çakra bədəni müşahidə qabiliyyəti, gələcəyi öncədən görmə, xəyal gücü üçün lazım olan enerji ilə təmin edir.

Bu çakradakı enerji axının pozulması fikirlərin qarışmasına və depressiyaya səbəb ola bilər. İnsanın yaradıcı ideyaları əngəllənir. İnsan yaradıcı ideyalarından istifadə edə bilmir.

Tünd göy: jasmin, bənövşəyi kələm, bənövşəyi kök, badımcan və s. Bu qidalar sizə sakitləşməyə kömək edəcək. Əgər həddən artıq hər şeyə qıcıqlanırsınızsa, əsəbisinizsə və ya insanların səhvlərini bağışlaya bilmirsinizsə, deməli, sizin bu 6-cı çakranızı nizamlamağınız gərəkdir. Yuxarıda sadalanan bənövşəyi tərəvəzləri rasionunuzdan əksik etməyin.

7-ci Təpə çakrası: İpofiz vəzi ilə bağlıdır. Yeddinci çakramız başımızın tam ortasında - təpəsində yerləşir. Rəngi bənövşəyidir. Bu çakranın əsas funksiyası kainata qoşulma, təmiz azadlıq (fiziki azadlıq, yuxuda olan kimi), nirvanaya (buddizmdə kainata qoşulmaq, ruhun bədəndən çıxıb yuxarıya getməsi ) çatmaqdır. Eyni zamandan ruhi vəziyyətin inkişafı və yaxşılaşması üçün bədəni lazım olan enerji ilə təmin edir.

Bu çakrada enerji axınının qeyri-stabilliyi insanın səbəbsiz yerə kədərlənməsinə səbəb ola bilər.

Ağ rəng: göbələk, zəncəfil, sarımsaq, soğan, kokos, və digər tropik meyvələr sizə əlavə güc verəcək. Özünüzü məğlub və ya rəqabətdə geri qalmış kimi hiss edirsinizsə, ağ rəngli qidalarla daxili gücünüzü artırın.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm