Bel ətrafındakı piylərin ən böyük düşməni - İncəbelli olmaq üçün...
Bizi izləyin

Sağlamlıq

Bel ətrafındakı piylərin ən böyük düşməni - İncəbelli olmaq üçün...

Arıqlamağın bir çox üsulu var. 10 gündə bir neçə kilo arıqlamaq müasir dövrdə elə də müşkül məsələ deyil. Ancaq bel ətrafındakı yağlardan xilas olmaq və incəbelə qovuşmaq təəssüf ki, bir az çətindir. Hər pəhriz sizə arıqlamağı vəd etsə də, çox vaxt sadəcə bədəndəki artıq sudan və şişkinlikdən azad ola bilirsiniz. Bel və qarın bölgəsindəki yağlarınız isə yığılıb qalır.

Aparılan son araşdırmalar göstərib ki, bel ətrafındakı piylərin ən böyük düşməni kalsiumdur. Kalsium həm arıqlamağa, həm də daha incə və zərif bədən quruluşuna qovuşmağa kömək edir.

Kalsium sümük və diş sağlamlığı üçün önəmli olduğu qədər mineral əzələlərin sıxlaşması, möhkəmlənməsi, üçün də eyni dərəcədə əhəmiyyətlidir. Çünki bədəndəki yağları parçalayır.

Danimarkada 7569 nəfərin iştirak etdiyi araşdırmanın nəticələri göstərib ki, gündə 600 mq-dan az kalsium qəbul edən insanlar daha kök olur, arıqlamaqda çətinlik çəkirlər. Başqa bir araşdırma zamanı isə 1 il ərzində hər gün 1000 mq. kalsium qəbul edənlərin bədənlərindəki yağ miqdarının 4.9 kq. azaldığı müşahidə edilib. Bu da onu göstərir ki, kalsium yağların bədəndə yığılmasının qarşısını alır. Üstəlik, toplanıb qalmış artıq yağları da parçalayır və bağırsaqlardan atılmasını təmin edir.

Kalsiumla zəngin qidalar insanı tox saxlayır. Bu da daha az kalori almağınıza səbəb olur.

Mütəxəssislər bildirirlər ki, yaşdan və bir sıra başqa faktorlardan asılı olaraq, insanların qəbul etməli olduqları gündəlik kalsium dozası dəyişir. 19-50 yaş arasındakı şəxslər gündə 1000 mq. kalsium qəbul etsələr, kifayət edər. 50 yaşdan sonra bu miqdarı 1200 mq-a çıxarmaq lazımdır. Hamilələr və ya əmizdirən analar isə gündə 1300 mq. kalsium qəbul etməlidirlər.

Ən yaxşı kalsium qaynaqları

Süd və süd məhsulları ən yaxşı kalsium mənbəyi hesab edilir. Həmçinin, doşab, susam, fındıq, fıstıq, bütün göyərtilər müəyyən qədər kalsium ehtiva edir.

Gün ərzində süd, qatıq, ayran, pendir, kefir kimi süd məhsullarından heç olmasa, birini mütləq için və ya yeyin. Az yağlı süd və süd məhsullarını seçin.

Bol-bol ispanaq yeyin. Cəfəri, nanə də kalsiumla zəngin göyərtilərdəndir.

Həftədə 2-3 dəfə quru paxla, noxud, mərci xörəyi yeyin.

Tərkibində kalsium olan meyvələrə üstünlük verin. Məsələn, qayısı, quru əncir kimi çərəzlər yeyə bilərsiniz. Ancaq çox şəkər ehtiva etdikləri üçün gündə 5 ədəddən artıq tövsiyə edilmir.

Badam da güclü kalsium qaynağıdır. Həm də insanı tez doyuzdurur. Qəlyənaltılarda 3-4 ədəd badam yeyə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm