Sağlamlığınız üçün təbii iksir
Bizi izləyin

Sağlamlıq

Sağlamlığınız üçün təbii iksir

Mayanın sağlamlığımız üçün nə qədər faydalı olduğunu bilirsiniz?

Əgər cavabınız “yox”dursa, o zaman yazımızı oxuyun.

Çünki sağlam qidalanma mütəxəssisi və diyetoloq Banu Topalakçı Salman mayanın orqanizmə verdiyi faydalardan danışıb.

Publika.az diyetoloqun məsləhətlərini sizinlə bölüşür:

Başda çörək olmaqla, xəmirdən hazırlanan qidaların qida dəyərini artıran maya əsl şəfa qaynağıdır.

Onun 52 faizi zülaldır. Maya 18 fərqli amin turşusu ehtiva edir.

B qrupu vitaminləri, həmçinin, dəmir, xrom, kalium, maqnezium, sink və fosforla zəngindir.

Yağ, karbohidrat, şəkər, natrium ehtiva etmədiyi üçün idmançılar və pəhriz saxlayanlar üçün uyğundur.

Diyetoloq Salmanın sözlərinə görə, tam buğda unu, yulaf kimi kalorisi az, lifli qidalarla birlikdə qəbul edilən maya nəinki insanı kökəldir, hətta arıqlamağa da kömək edir.

Diyetoloq Salman mayanın bütün xəstəliklərə qarşı bədəndə görünməz bir divar hördüyünü deyir.

Maya bütün bədənə mənfi təsir edən stressə qarşı güclü vasitələrdən biridir. İnsanı fiziki və ruhi baxımdan gücləndirir, yorğunluğu azaldır.

Maya həzm sistemimizdəki sağlam bakteriyaların çoxlamasına səbəb olur.

Pəhrizlərin çoxu bağırsaqlardakı faydalı bakteriyaların itirilməsi ilə nəticələnir. Ancaq maya belə halların qarşısını alır. Faydalı bakteriyaları gücləndirir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm