İştahanı azaldan qidalar
Bizi izləyin

Sağlamlıq

İştahanı azaldan qidalar

Pəhriz saxlayanların ən böyük çətinliklərindən biri özlərini ac hiss etmələridir. Ac insan çox vaxt pəhrizə davam gətirə bilmir. Ancaq pəhriz menyunuza az kalorili, kökəlməyə səbəb olmayan, eyni zamanda da iştahanı azaldan qidalar əlavə edərək uzun müddət tox qala bilərsiniz.

Türkiyəli diyetoloq Tuğçe Altan iştahanı azaldan qidalar haqqında məlumat verib.

Publika.az həmin məlumatları sizinlə bölüşür:

Xiyar

Tərkibində bol miqdarda su və lif olduğu üçün toxluq hissi verir. Kalorisi azdır. Gün ərzində ürəyiniz istədiyi qədər yeyə bilərsiniz.

Ayran

Tərkibindəki zülal sayəsində insanı tox saxlayır. Yeməklərdən yarım saat əvvəl 1 stəkan ayran içmək qan şəkərinin səviyyəsini nizamlayır. Ayranın içərisinə nanə, cəfəri, kəklikotu kimi göyərtilər əlavə edə bilərsiniz.

Yunan qabağı

Liflə zəngindir. İştahanızı azaltmaq istəyirsinizsə, hər gün buxarda və ya suda bişmiş 1 boşqab yunan qabağını qatıqla yeyə bilərsiniz. Yunan qabağından hazırlanan şorba və salat da iştahanı azaltmağa kömək edir.

Qəhvə

Qəhvəni yeməkdən 1 saat sonra içmək lazımdır. Beləliklə, daha gec acacaqsınız. Yuxu problemi yaşamamaq üçün gündə 2 -3 fincandan artıq qəhvə içməyin.

Yulaf

Liflə zəngin olan yulaf gec həzm edilir. Ona görə də, insanı uzun müddət tox saxlayır. Səhər və günorta yeməkləri zamanı çörək əvəzinə 2 xörək qaşığı yulaf yeyin.

Ləbləbi (Qovrulmuş noxud)

Mədə turşuluğunu azaldır, aclıq hissinin qarşısını alır. Axşam yeməyindən bir müddət sonra özünüzü ac hiss edirsinizsə, 1 fincan ləbləbi yeyə bilərsiniz.

Yumurta

Keyfiyyətli zülal ehtiva etdiyi üçün insanı uzun müddət tox saxlayır. Həftədə 2-3 dəfə yumurta yeyə bilərsiniz.

Mərci

Ən çox zülal ehtiva edən qidalardan biridir. İştahanın azalmasını təmin edir. Tox hiss etdirir. Salatlara 4 xörək qaşığı qaynadılmış mərci əlavə edə bilərsiniz. Bu zaman çörək yeməməyiniz məsləhətdir.

Ərik

Təzə ərik və qaysı liflə zəngin qidalardır. Çox yeməyin qarşısını alır. 1 boşqab meyvə əvəzinə 4-5 ədəd təzə ərik və ya qaysı yeyə bilərsiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm