Ürəkbulanmaya qarşı təsirli üsullar
Bizi izləyin

Sağlamlıq

Ürəkbulanmaya qarşı təsirli üsullar

Avtomobildə səyahət, stress, spirtli içkilər, hamiləlik və ya qida zəhərlənməsi və başqa bu kimi ən müxtəlif səbəblər ürəkbulanma ilə nəticələnə bilər.

Bəs bu problemi aradan qaldırmaq üçün nə etmək lazımdır?

Zəncəfil

Zəncəfil hamiləliyin və avtomobildə gedərkən benzin qoxusunun səbəb olduğu ürəkbulanmaya qarşı ən təsirli vasitədir. Ürəkbulanmadan xilas olmaq üçün zəncəfil çayı için.

Limon

Limon isə hamiləliyin səbəb olduğu ürəkbulanma zamanı effektlidir. Dadı turş olduğu üçün dərhal təsir edir. Hətta qoxusu belə xəstənin vəziyyətini yaxşılaşdırır. Zəncəfil çayının içərisinə əlavə edib içdikdə təsiri daha da artır.

Nanə

Şiddətli ürəkbulanma halları zamanı 2-3 ədəd təzə nanə yarpağı çeynəmək yaxşı təsir edir.

Çayını da içmək olar.

Alma

Alma bədəni toksinlərdən təmizləyir. 1 ədəd turş almanı dilimləyin və yavaş-yavaş yeyin. Ürəkbulanma aradan qalxacaq.

Toyuq bulyon

Toyuq suyundan soyuqlama və qrip zamanı müşahidə edilən ürəkbulanmaya qarşı istifadə edilir. Xəstə 1 stəkan toyuq suyu içsə, vəziyyəti yaxşılaşar. Toyuqdan hazırlanan şorba da effektlidir.

Çərəzlər

Zülal çatışmazlığı da ürəkbulanmasına səbəb ola bilər. Bu zaman badam, fındıq, fıstıq kimi çərəzlər yemək məsləhətdir.

Su

Xüsusilə isti yay günlərində bədən həddən artıq su itirir. Bu su itkisi ürəkbulanmaya səbəb ola bilər. Odur ki, gün ərzində 2-3 litr su içməyi yaddan çıxartmayın.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm