Səhər oyananda arıqladığınızı görmək istəyirsiniz?
Bizi izləyin

Sağlamlıq

Səhər oyananda arıqladığınızı görmək istəyirsiniz?

Arıqlayıb ideal çəkiyə qovuşmaq üçün gün ərzində yediklərinizə diqqət etmək kifayət deyil. Əsas axşam üstü və gecə yediklərinizdir. Çünki arıqlamağın ən asan üsullarından biri axşamlar xüsusi qidalara üstünlük verərək, gecə maddələr mübadiləsinin sürətlənməsini təmin etməkdir. Beləliklə, siz yuxuda olarkən bədəniniz həmişəkindən daha çox enerji sərf edərək artıq çəkidən xilas olmağınız üçün işləyəcək.

Bəs yuxu əsnasında maddələr mübadiləmizin sürətlənməsi üçün nə etməliyik?

Səhər oyananda arıqladığınızı görmək istəyirsinizsə, Publika.az-ın bu yazısını mütləq oxuyun!

Maddələr mübadiləsini sürətləndirən ən böyük möcüzə yaşıl çaydır. Yatmazdan əvvəl bir stəkan yaşıl çay içsəniz, səhərlər özünüzü daha yüngül və enerjili hiss edəcəksiniz.

Ancaq yaşıl çayın yararlı xüsusiyyətlərindən tam olaraq faydalanmaq üçün onu sadəcə gecələr içməklə kifayətlənməyin. Gün boyu 3-4 stəkan yaşıl çay içə bilərsiniz. Əgər təzyiqiniz aşağıdırsa, 1-2 stəkanla kifayətlənin.

Gecə içildikdə maddələr mübadiləsini sürətləndirən bir digər içki isə qəhvədir. Əgər qəhvə içdikdə yuxunuz qaçmırsa, yaşıl çaya alternativ olaraq bu möcüzədən yararlana bilərsiniz. Yatmazdan 1 saat öncə sadə qəhvə için.

Arıqlamağa kömək edən ən gözəl vasitələrdən biri də nanədir. Özünüzü ac hiss etdikdə nanə iyləyərək iştahanızı azaldın. Bilirsiniz ki, həm sağlamlığı, həm də ideal çəkini qorumaq üçün saat 20:00-dan sonra yemək yeməmək tövsiyə edilir. Ancaq həmin saatdan sonra özünüzü ac hiss etdikdə bəzən iradəniz zəifləyir və yeməli olursunuz. Bu vəziyyətin qarşısını nanə iyləyərək ala bilərsiniz. Nanədən gecələr maddələr mübadilənizi sürətləndirmək üçün də istifadə etmək olar. Bunun üçün yastığınıza bir neçə damcı nanə yağı vurmağınız kifayətdir.

Yatmazdan əvvəl tərkibində bol miqdarda zülal olan içkilər içmək də maddələr mübadiləsinin sürətlənməsini təmin edir.

Çünki zülal əzələ kütləsinin artmasına səbəb olmaqla yanaşı, yuxu əsnasında daha çox kalori xərcləməyinizə də kömək edir.

Zülal ehtiva edən az kalorili və ən faydalı qida isə süzmədir. Axşam süzmə yesəniz, səhər oyandığınızda çox acmayacaq və daha az yeyəcəksiniz.

Maddələr mübadiləsini sürətləndirməyin başqa bir üsulu da ədviyyatlara müraciət etməkdir. Şorbadan salata, mümkün olan hər yeməyə qırmızı pul bibər əlavə edin. Darçın və zəncəfil də arıqlamağa kömək edən təsirli ədviyyatlardır. Axşam yeməyini saat 19:00-da yeyin. Saat 20:00-da isə 1 stəkan qatığa 1 çay qaşığı darçın, 1 çay qaşığı zəncəfil əlavə edərək yeyin. Qatığa alternativ olaraq almanı da darçınla yeyə bilərsiniz.

Gecələr edilən idman daha təsirli olur. Ona görə də yatmazdan 1-2 saat öncə sümüyünüzə düşən bir musiqi seçin və ən az yarım saat rəqs edin. Bu maddələr mübadilənizi inanılmaz dərəcədə sürətləndirib qısa zamanda arıqlamağınızı təmin edəcək.

Bütün bu qaydalara əməl etməklə yanaşı maddələr mübadiləsinin normal səviyyədə qalması və bədənin su, ödəm toplamaması üçün 8 saat yuxuya ehtiyac duyduğunuzu unutmayın. Yuxu bədəninizin toksinlərdən təmizlənməsi üçün də önəmlidir. Unutmayın ki, hər gün 8 saat yatmayanlar kökəlməyə meyilli olurlar.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm