Sümük inkişafına təsir edən qidalar
Bizi izləyin

Sağlamlıq

Sümük inkişafına təsir edən qidalar

D vitamini hüceyrələrin böyüməsi, immunitet sistemi və iltihablı xəstəliklərlə mübarizədə çox vacibdir. Sümüklərin və xüsusilə dişlərin də güclənməsi üçün son dərəcə əhəmiyyətli sayılan həmin vitamin çatışmazlığı zamanı sümüklər zəifləyir və sümük xəstəliyi sayılan raxitlik əmələ gəlir.

D vitamini təbii qidalardan da alına bilər. Bitkilərdə D vitamini çox olmasa da, heyvan mənşəli məhsullar - yumurta sarısı, süd, kərəyağı, balıq, qaraciyər, pendir başlıca D vitamini mənbəyidir. Heyvan mənşəli məhsulların D vitamini baxımından zənginliyi isə heyvanın günəş şüasını nə qədər qəbul etməsi ilə bağlıdır. Bəs D vitamini ehtiva edən qidalar hansılardır?

Publika.az-ın sağlamlıq bölməsi D vitamini ehtiva edən yeməklərin siyahısını təqdim edir:

Balıq yağı: D vitamini çatışmazlığının müalicəsindən ən çox istifadə edilən balıq yağı treska (morina) balığının ciyərindən alınır. Bu yağın tərkibi A və D vitamini ilə zəngindir. 100 qram treska yağı gündəlik D vitamini ehtiyacının böyük bir hissəsini ödəyir.

Balıq: Ton balığı, alabalıq və ya skumbriya D vitamini baxımından zəngin balıqlardır.

İstridyə: Ölkəmizdə çox geniş istifadə olunmasa da, istridiyə D vitamini baxımından ən zəngin yeməklərdən biridir.

Tofu və soya südü: D vitamini və kalsium baxımından çox zəngindir.

Yumurta: B12, zülal və D vitamini baxımından zəngindir. Gündəlik dəmir ehtiyacını bir yumurta yeyərək qarşılaya bilərsiniz.

Süd və süd məhsulları: Sümük inkişafı dedikdə ağla ilk olaraq süd və süd məhsulları gəlir. Çünki süd məhsulları D vitamini baxımından zəngindir. 1 stəkan tam yağlı süd gündəlik D vitamini ehtiyacının 13 faizini təmin edir.

Göbələk: D vitamini ehtiva edən qidalardan biri də göbələkdir. 100 qram göbələk gündəlik D vitamini ehtiyacının 7 faizi deməkdir.

Kartof: Qaynadılaraq əzilmiş və bir az yağlı süd əlavə olunmuş 100 qram kartof püresi isə gündəlik D vitamini ehtiyacının 1 faizidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm